Putinin "Barbarossa planı" məhv oldu: "Boris planı" başladı

Putinin "Barbarossa planı" məhv oldu: "Boris planı" başladıUkrayna bütün parametrləri ilə Rusiyadan qat-qat zəif ölkədir.

Rusiyanın arsenalında nələr yoxdur ki! Qanadlı, ballistik, hipersəs raketlər, 5-ci nəsil qırıcılar, hava-kosmik qüvvələri, dünyaya meydan oxuyan, Putinin öyündüyü, analoqu olmayan silahlar və s.

Ukrayna isə əsasən sovetdənqalma köhnə nəsil hərbi texnika ilə müqavimət göstərir.

Ona görə də Rusiya ordusunun ən qısa müddətdə hədəfinə çatacağı gözlənilirdi.

"Barbarossa planı" alınmadı: Hitler ordusu 8 həftəyə Moskvaya girməli idi, Rusiya ordusu isə 48 saata Kiyevə.

Hitler ordusunun qarşısı kəsildi, ləngidi və bununla da Rusiya bataqlığında batdı.

Rusiya ilə də eyni ssenari baş verir: Kiyevə nəzərdə tutulan vaxtda çata bilmədi, ləngidi və başlandı...

Tarix təkrarlanır - sadəcə, hər dövrün öz tələbləri ilə.

Putin Rusiyası nəyi nəzərə almamışdı?

Rusiyada heç kəs düşünmədi ki, Ukraynada adi mexanizator körpünü partlatmaq üçün kamikadzelik edəcək!

Əliyalın tankların önünə çıxanları, zirehli maşınları durdurmaq üçün mülki əhalinin yolun ortasında dayanacağını Rusiya gözləmirdi!

Rusiya Müdafiə Nazirliyi, Kremlin saytı da daxil olmaqla, əsas xəbər agentlikləri daimi kiber-hücum altındadır, ciddi şəkildə informasiya sızır. Paralel olaraq Qərb kəşfiyyatı olduqca mühüm məlumatları bölüşür.

Rusiya əslində hücumla bağlı dəqiq tarixi verməyə nail olan ABŞ liderinin açıqlamasından sonra şübhələnməli idi: əgər ən məxfi məlumat sızırsa, acı aqibət qaçılmazdır.

Rusiya Ukraynanın partizan savaşı ənənəsini unutdu – illərlə faşistlərə qarşı gizli döyüşən qardaşının üstünə gedəndə bunu nəzərə almalı idi;

Kreml ukraynalı komandanların Rusiya hərb maşınının içində yetişdiyini, rus ordusunun "cikindən bikinə" kimi hər şeyi bildiyini yaddan çıxartdı;

Rusiya hücum edənlərlə hücuma məruz qalanların eyni xalq olduğunu unutdu: şəhərlərə girən ruslarla mülki insanların dialoqu, bu dialoqun rus əsgərlərə psixoloji təsiri mütləq əvvəlcədən düşünülməli idi...

Pentaqon deyir ki, Rusiya sərhəddəki 150 minlik ordunun tam yarısı ilə hücuma keçib – şimaldan 30 min, cənubdan da bir o qədərini nəzərə alsaq, bu ordu 290 minlik müdafiə qüvvələri ilə müqayisədə çox azdır.

Ərazi isə həddən artıq böyük: 600 min kv.km ərazinin hər yerinə ballistik, qanadlı raketlər ata bilərsən, ancaq ərazini tutmaq quru qoşunlarının işidir. Piyada alayları – müharibənin onurğa sütunudur. Əsgərin ayağı dəyməyən torpaq sənin deyil.

Bu qüvvə ilə Ukraynanı ələ keçirmək imkansızdır.

Hələ şəhərlərdəki partizan savaşları, hələ küçə döyüşləri var...

Axı, Ukrayna 1941-45-də bu dəhşətlərdən keçmiş və Almaniyanın ilk, ən qüvvətli zərbəsini qəbul etmiş ölkədir. Bunu necə nəzərə almamaq olardı?

"Barbarossa planı" dayandı, "Boris planı" başladı

Rusiya bunları nəzərə almamışdı, ancaq ABŞ-Britaniya hər şeyi hesablamışdı. Onlar ən xırda detallarına qədər düşünüblər. Ona görə Putini bu savaşa təhrik, Rusiyanı bu dəhşətli səhvə məcbur etdilər.

Putini suqsvanqa saldılar. "Barbarossa"nı durdurdular və "Boris-Co" planı başladı.

Putin Zelenskini siyasətçi, cəsarətli insan saymırdı. Onun haqda "öz sahəsində bacarıqlı insan" – yəni yaxşı aktyor, kloun kimi düşünmək Putinin ən böyük səhvi oldu.

Bu "aktyor" əsl aktora çevrilib. Hətta Putinə danışıq çağırışı edəndə də Zelenski "aktyorluq" edirdi.

Zelenski Qərbə inanılmaz mesaj verdi və Qərb bu siqnalı göydə tutdu – zatən, hazırlanmış ssenaridir. Ukrayna zərbələrə iki gün dözdümü, 48 saat bitdimi?

Başlandı və Zelenskiyə görüşə getməyə imkan vermədilər: Rusiyaya qarşı ən ağlasığmaz, ən inanılmaz tədbirlər alınır, Ukraynaya külli miqdarda maliyyə, silah yardımı, hərbi dəstək gəlir; Rusiyanın, Putin başda olmaqla, hər bir şəxsinə sanksiyalar tətbiq edilir; Rusiya banklarının əməliyyat aparmasını dayandırmaq üçün beynəlxalq bank əməliyyatı sistemindən çıxarılmasına başlanılıb və bu gün artıq qərar qüvvəyə minəcək; AB ölkələri Rusiya ilə hava məkanını bağladı, rus oliqarxların aktivləri dondurulur, investor kimi onlarla bütün əlaqələr kəsilir.

Rysiya MB-nin aktivləri dondurulur, rublun dayanıqlığına zərbə vurmaq planı bu gün işə düşəcək. Yəni həftənin ilk iş günü, birjalar açılan kimi "iqtisadi qiyamət" qoparmağa hazırlaşırlar.

Rusiya sözün bütün mənalarında çökdürülür. Hətta texnologiyalara əlçatımlığı məhdudlaşdırılır.

Putin o qədər arxayın idi ki, hətta ordunun təchizatını nəzərə almamışdı: budur, ordu qidada çətinlik çəkir, yanacaq çatmır və uzun yolla göndərilən yanacaq kolonları yoldaca məhv edilir.

Ukrayna "yanacaq daşıyan kolonlar haqda əhalidən məlumat aldıqdan sonra hərəkətə keçdik" deyir.

Rusiyanı ələ salıblar lap: məgər görünmürmü ki, bu, Ukraynadakı hər qum dənəsini nəzarətdə saxlayan Qərb sputniklərinin məlumatıdır?

Zelenski – Putinin ələ saldığı aktyor informasiya işini də əla qurub, adam zatən ictimaiyyətlə iş qurmağın ustasıdır. Bütün komandası bu şəbəkəyə qoşulub, bütün sosial şəbəkələri bu istiqamətdə aktivləşdirib.

Rusiya bunları da gözləmirdi.

Rusiya hava, dəniz və qurudan – bütün qüvvələri ilə hücuma keçməklə bütün hərbi sirlərini ortaya qoydu.

Rusiyanın əsir düşən əsgərlərinin, qənimət kimi götürülən texnikasının görüntüləri sosial şəbəkəni başına götürüb. "Budurmu dünyanın ən qüdrətli ordusu" deyə artıq bu ölkənin özündə belə bəzi siyasətçilərin əsəbi reaksiyalarını müşahidə edilir.

Nəticə necə olacaq?

Yazmışdıq və demişdik: Putini Ukrayna bataqlığına zorla çəkdilər, tələyə saldılar, bütün hərbi sirlərini ifşa etdilər və bu bataqlıqda Rusiyanı çökdürmək üçün bir an da gözləmədən, ən ağır zərbələrə başlayıblar.

Rusiya tora düşdü: iki qardaş xalqın qanı üzərində böyük bir hiylə baş tutdu.../axar


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2356   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel 2024
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində ola

19 fevral 2025
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024
.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart 2024
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

28 avqust 2024
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel 2024