Zelenski: "Saat 4-də Kiyevə hücum olanda siz yatırdınız, belaruslu qardaşlar" - VİDEO

Zelenski: "Saat 4-də Kiyevə hücum olanda siz yatırdınız, belaruslu qardaşlar" - VİDEOUkrayna Prezidenti Volodimir Zelenski Belarus vətəndaşlarına müraciət edib.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ukrayna lideri müraciətində deyib:

"Bu gün hamınız referendumda səs vermək üçün seçki məntəqələrinə çağırılırsınız. Bu, normal siyasi proses kimi görünə bilər. Amma indi bu, əlbəttə ki, normal bir şey ola bilməz.

İndi qərarlar tamamilə başqa səviyyədə qəbul edilir.

Ukrayna üçün dünən gecə çox çətin oldu. Yenə atəş. Yenə yaşayış məntəqələrinin, mülki infrastrukturun bombalanması. Bu gün ölkədə elə bir obyekt yoxdur ki, işğalçılar onu özləri üçün hədəf hesab etməsinlər. Hamıya qarşı vuruşurlar. Onlar bütün canlılara qarşı - uşaq bağçalarına, yaşayış binalarına və hətta təcili yardım maşınlarına qarşı mübarizə aparırlar. Onlar hər hansı hərbi infrastrukturun heç vaxt olmadığı bütün şəhər ərazilərinə qarşı artilleriyadan, raketlərdən istifadə edirlər.

İndi gedən müharibədə siz bizimlə eyni tərəfdə deyilsiniz. Sizin ərazinizdən Rusiya qoşunları Ukraynaya raket zərbələri endirir. Bizim övladlarımız sizin ərazinizdən öldürülür, evlərimiz dağıdılır, onilliklər ərzində tikilmiş hər şeyi - yeri gəlmişkən, təkcə bizim deyil, həm də atalarımız, babalarımız tərəfindən tikilmiş hər şeyi uçurmağa çalışırlar.

Bütün bunlar həm də belaruslular üçün faktiki referendumdur. Kim olduğuna siz qərar verin. Kim olacağına siz qərar verin. Övladlarınızın gözünə necə baxacaqsınız, bir-birinizin, qonşularınızın gözünə necə baxacaqsınız. Biz sizin qonşularınızıq. Biz ukraynalılar. Rusiya deyil, Belarus olun! Siz indi bu seçimi edirsiniz. Məhz bu gün.
Dörd gün əvvəl Belarus ərazisindən qanadlı raketlər, təyyarələr, helikopterlər və avadanlıqlar atılıb. Evimizi vurdular, həyatımızı vurdular. Ağır texnika gəldi və bu dəhşətli dejavudur.

Bilirsiniz, səhər saat 4-də Kiyevə hücum olub. Kiminsə 1941-ci ildəki kimi yumor hissi qalmış ola bilər. Siz isə yatırdınız, belaruslu qardaşlar. Biz isə oyaq idik. Amma hələ də yatırsınız. Biz bundan sonra da yatmayacağıq. Çünki biz mübarizə aparırıq. Vətənimiz üçün mübarizə aparırıq. Biz azadlığımız üçün mübarizə aparırıq. Çünki bizim buna tam haqqımız var".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2332   Tarix: 27 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel 2024
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart 2024
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

28 avqust 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024