Müharibədən əziyyət çəkən uşaqlarla bağlı hansı işlər görülür?

Müharibədən əziyyət çəkən uşaqlarla bağlı hansı işlər görülür?İl ərzində müharibədən zərər çəkən ailə və uşaqlarla müxtəlif proqramlar əsasında psixososial işin aparılması davam etdiriləcək. Yay aylarında Ağdam rayonu ərazisində iki icmada ailələrlə psixososial işin aparılması nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (Şüvəlan, Goranboy, Ağdam, Göygöl, Qəbələ, İsmayıllı, Zaqatala, Zərdab, Sabirabad, Saatlı, Hacıqabul) fəaliyyəti nəticəsində 773 şəhid və qazi ailəsinə səfər edilib, ilkin psixososial qiymətləndirmə aparılmış və uşaqlara psixoloji dəstək göstərilib, ailənin ehtiyaclarına uyğun digər yardımlar da edilib və hazırda bu işlər davam etdirilir.

"BMT-nin Uşaq Fondu (UNİCEF) və "ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyi ilə birgə müharibədən zərər çəkən ailə və uşaqlarla psixososial dəstək işinin aparılması məqsədi ilə 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayına qədər davam edən "Fövqəladə hallarda uşaq müdafiəsi" layihəsi Goranboy, Ağdam və Tərtər rayonlarında, eləcə də Gəncə şəhərində həyata keçirilib. Layihə çərçivəsində müharibədən zərər çəkən 1400-dən çox ailəyə səfər edilib, psixososial qiymətləndirilmə aparılıb, 2400 uşağın ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi aparılıb.

Postmüharibə dövründə psixososial dəstəyin davam etdirilməsi məqsədilə, Ağdam rayonunun İmamqulubəyli kəndində 6-16 yaşlı 400 uşağın iştirak ilə 1 ay ərzində "Uşaq və yeniyetmələrə psixososial dəstəyin göstərilməsi" layihəsi çərçivəsində Komitə tabeliyində fəaliyyət göstərən Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq və sosial işçiləri layihəyə cəlb olunaraq uşaqların ilkin psixososial qiymətləndirilməsi əsasında yaş qruplarına müvafiq fərdi və qrup terapiyası aparılıb, inkişafetdirici məşğələlər, psixoloji treninqlər və inteqrativ oyunlar keçirilib. Həmçinin Göygöl UADM tərəfindən travma yaşamış uşaqların psixoloji və fiziki rifahına olan mənfi təsirin araşdırılması və ilkin psixososial yardımın göstərilməsi məqsədilə tədbirlər keçirilib. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən şəhid və qazi ailələrindən olan 80 uşaqla təlim keçirilib", - deyə məlumatda bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1070   Tarix: 02 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-

19 iyun 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024