Azərbaycan vətəndaşı Kiyevdəki vəziyyət barədə: "Uşaqlar və hamilə qadınlar dağıntılar altında qalıb"

Azərbaycan vətəndaşı Kiyevdəki vəziyyət barədə: "Uşaqlar və hamilə qadınlar dağıntılar altında qalıb""Yeddi gündür dostlarımızla birlikdə yaşayırıq. Özümüzə yemək, su alırıq, əlavə olaraq könüllülər hərəkatı təşkil etmişik".

Bunu Media.Az-a Kiyevdə yaşayan Azərbaycan vətəndaşı Kamilla Yudina deyib.

Onun sözlərinə görə, səhər səkkiz nəfərlik qruplar halında mağazaya gedirlər, ehtiyac duyduqları hər şeyi alırlar. Həm özləri həm də hərbçilər və müdafiəçilər üçün...

"Belə bir imkanı olan hər kəs kömək edir: kimsə çörək bişirir, kimsə molotov kokteyli hazırlayır, kimsə uşaqlara və ehtiyacı olanlara yemək və su çatdırır ... Hamı bununla məşğuldur. Hər kəs öz evini qorumaq üçün çalışır", - deyə o izah edib.

Yudina deyir ki, Ukraynaya müxtəlif ölkələrdən könüllülər gəlir.

"Belaruslar burada öz hərəkatını təşkil etdilər və bu hərəkata Ukrayna ilə döyüşmək istəməyənləri qoşulmağa çağırdılar. Bundan əlavə, Kadırovçuları qəbul etməyən çeçenlər Ukraynanın tərəfində vuruşurlar", - o, bildirib.

Qadının sözlərinə görə, Kiyevdə mağazalarda ərzaq və su hələ də mövcuddur. "Ancaq sabah nə olacağını bilmirik, ona görə də hər gün artıqlaması ilə məhsulları alırıq", - o deyib.

Xanım qeyd edib ki, Ukraynanın bir çox şəhərləri dəhşətli şəkildə bombalanır və hər yerdə dinc sakinlər əziyyət çəkir, evlər dağıdılır, talelər dağılır...

"Dünən biz Xarkova necə raket yağdığını gördük... Rus əsgərləri harasa atəş açır, yaşayış binalarını vurur, insanlar ölür... Xarkovda Svoboda meydanına raket düşüb, binanın yarısı dağılıb. Evimin yaxınlığında bir televiziya qülləsi partladı, ikinci raket isə camaata dəydi, getdiyim idman zalı yandı. Raket Holokost qurbanlarının xatirəsinə abidənin yerləşdiyi Babi Yarın yaxınlığına düşüb. Burada almanlar İkinci Dünya Müharibəsi zamanı yəhudiləri və ukraynalıları kütləvi şəkildə güllələyiblər", - deyə Kamilla bildirib.

Kamilla Yudina deyir ki, Rusiya hərbi texnikası yaşayış məntəqələrinə daxil olur və hərbi hissələrə, mühüm strateji obyektlərə raketlər atmağa başlayır, onlar qaçan insanları vurur, yaşayış binaları, uşaqlar və hamilə qadınlar binaların dağıntıları altında qalır... Uşaqlar metroda və bunkerlərdə doğulur, xəstəxanalarda bir çox ağır xəstələr demək olar ki, dərmansız qallıb.

"Bu yaxınlarda balkona çıxdım və gözümün önündə bir raket havaya qalxdı, qorxulu idi, yerimdən tərpənə bilmirdim, sadəcə onun şəhərin başqa bir yerinə enişinə baxırdım. Biz artıq həyəcan siqnallarına öyrəşmişik, yuxuya gedirik və onların səsinə oyanırıq", - deyə o, qeyd edib.

K.Yudina Rusiya mətbuatında şəhərdə dəhşətli talanların olması, guya pulemyotlu qanqsterlərin ukraynalılara atəş açması ilə bağlı şayiələri şərh edib.

"Bu yalandır. Pulemyotlarla yalnız ərazi müdafiəsinə yazılanlar gəzir. Bu insanların bütün əlaqələri və məlumatları hərbi komissarlıqda və dövlət orqanlarındadır. Heç kimə eləcə silah paylamır", deyə o, yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1853   Tarix: 02 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-

19 iyun 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024