Oskarı alan ilk azərbaycanlı oldu, prezidentliyə namizəd seçildi - Niyə qardaşı ilə ömrü boyu küsülü qaldı?

Oskarı alan ilk azərbaycanlı oldu, prezidentliyə namizəd seçildi - Niyə qardaşı ilə ömrü boyu küsülü qaldı?Sonxeber.az Kulis.az-a istinadən bu gün dünyasını dəyişən kinorejissor, ssenarist, Xalq yazıçısı Rüstəm İbrahimbəyov haqqında maraqlı faktları təqdim edir.

Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində dünyaya göz açıb. Ana tərəfdən Bakılı olan İbrahimbəyov məşhur Sultanovlar nəslindən idi. İsmayıl bəy Sultanov rejissorun anasının dayısı olub.

***

Azərbaycan Neft və Kimya İnsitutunu bitirəndən sonra bir neçə il elmi işlə məşğul olub, daha sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. O, Neft İnstitutunu bitirdikdən 9 il sonra Bakıda kibernetika üzrə beynəlxalq qurultay baş tutur. Dünyanın ən nüfuzlu alimləri həmin qurultayda iştirak edirlər. Burada kibernetika üzrə Azərbaycandan yeganə məruzəni Rüstəm İbrahimbəyov edir.

***

R.İbrahimbəyov kinodan əvvəl nəsrlə məşğul olub, müxtəlif səpkili əsərlər yazıb. Sonralar da başqa sahələrdə çalışsa da, nəsr yazmağı dayandırmır.

***

Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

***

1989-cu ildə əsası qoyulan "İbrus" teatrının təsisçisidir. 15 pyesi dünyanın 100-dən çox ölkə teatrlarında tamaşaya qoyulub.

***

7 iyun, 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilib. 2013-cü ilin 2 iyulunda birləşmiş müxalifət cəbhəsinin Azərbaycan Respublikası prezidentliyinə vahid namizədi kimi göstərilib. Lakin 27 avqust, 2013-cü ildə keçirilmiş MSK iclasında ikili vətəndaşlığı əsas gətirilərək namizədliyinin təsdiq olunmaması haqqında qərar qəbul edilmişdir.

***

Rüstəm İbrahimbəyov iki dəfə ailə həyatı qurub. 1972-ci ildə, onun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyovadan Fuad İbrahimbəyov adlı oğlu dünyaya gəlib.

***

1974-cü ildə, ikinci həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının aktrisası, Xalq artisiti Lyudmila Duxovnayadan isə Fatimə İbrahimbəyova adlı qızı dünyaya gəlib.

***

Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi 1994-cü ildə "Ən yaxşı xarici dilli film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

***

Həmçinin ssenari müəllifi olduğu "Urqa – məhəbbət dairəsi" filmi Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, 1992-ci ildə isə ən yaxşı xarici dildə tərcüməyə görə "Amerika film"də Oskar mükafatına namizədliyi irəli sürülüb.

***

1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız rejissoru Regis Vargnier olan "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.

***

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olmuşdu.

***

2015-ci ildə Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu "Qafqaz üçlüyü" adlı filmi Azərbaycanda müzakirələrə yol açıb.

***

2013-cü ilin fevralında R.İbrahimbəyov yazıçı Əkrəm Əylisliyə qarşı kampaniyanı qətiyyətlə pisləyib.

***

Rüstəm İbrahimbəyov uzun illər qardaşı Maqsud İbrahimbəyovla küsülü olub. Onların incikliyinin səbəbi məlum olmasa da, qardaşlar 2015-ci ildə barışıblar. Bu haqda müsahibələrinin birində Maqsud İbrahimbəyov deyir:

"Son bir neçə ayda Rüstəmlə tez-tez telefon əlaqələrimiz olur. Bir neçə müddət bundan əvvəl münasibətlərdə soyuqluq vardı. Ancaq indi bir-birimizin əhvalını soruşuruq. Telefon danışığı zamanı ancaq hal-əhval tuturuq".

***

2020-ci ildə rejissorun qızı Fatima İbrahimbəyova atasının ona yazdığı məktubu öz sosial hesabında yayımlayıb. Məktubda deyilir:

"Həyatın qaranlıq tərəflərindən utanma - bir işıq şüası da müxtəlif rənglərdən ibarətdir. Elə yaşa ki, özünü alçalmış kimi hiss etmə. Və birini əldə edib başqasını itirərək yaşamağa çalışma. Yalnız özünü sevmə - tənhalıqdan qurtuluşun başqa yolu yoxdur. Çətin olan məqamlarda belə həyatı sev. Bundan da pis ola bilər. Vicdanının imkan verdiyi qədər azad ol; ancaq cinayət məcəlləsini də unutma. Qocalıqdan qorxma, onun da müsbət tərəfləri var, əgər təkcə özünü sevmirsənsə. Unutma, həyatla vidalaşanda belə münasibətlərin aydınlanması istisna olunmur. Kremasiyaya (vəfat edən insanın öz vəsiyyətinə əsasən ölümündən sonra yandırılması, külünün saxlanılması ritualı - red) razılaşma – Yer kürəsində (torpaqda) sən əcdadlarınla yenidən birləşirsən. Ünsiyyətdə səliqəli ol ki, cənazənə layiqli insanlar gəlsin. Qonaqlığın həvəskarları daha çox ölmüş dostlarını yada salırlar, nəinki içki içməyənləri. Sağlamlıq icazə verirsə... Heç vaxt mühakimə etmə və ciddi qəbul etmə - karantin gec-tez keçəcək".

***

Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Moskvada dünyasını dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2254   Tarix: 12 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr