Hərbi orkestrlə "Qardaşlıq Marşı" ifa olundu - FOTOLAR
Azərbaycan Dövlət Akademik Xor Kapellasının artisti, vokal ifaçısı Fərhad Ələkbərovun "Qardaşlıq Marşı" ilk dəfə müəllif tərəfindən səsləndirilib.
Sonxeber.az xəbər verir ki, Marş Novruz bayramı münasibəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantlar, zabitlər, şəxsi heyət üçün keçirilən konsert proqramı çərçivəsində ifa olunub.
Qeyd edək ki, Fərhad Ələkbərov Azərbaycan və Türkiyə dostluğuna həsr olunan "Qardaşıq marşı"nı Ali Hərbi Məktəbin orkestrinin, orkestrin rəisi, hərbi dirijor, polkovnik-leytenant Fariz Məmmədzadənin müşayiəti ilə səsləndirib.
Qələbə günündə yazılan aşağıdakı sözlər sonra müəllif tərəfindən nota alınıb:
"Yol ver, yol ver Türklərə yol ver!
Qılınc tutan qollara güc ver!
Azərbaycan-Türkiyə vardır qüvvəti,
Çağırırıq biz birliyə Qardaş milləti".
Qeyd edək ki, Fariz Məmmədzadənin təşəbbüsü ilə keçirilən tədbirdə Ələkbərov Fərhad Rakim oğlu konsert proqramında çıxış etdiyinə və şəxsi heyətin mədəni istirahətinin təşkilində göstərdiyi köməkliyə görə "Fəxri Fərman" ilə təltif olunub.
Tədbirdən fotoları təqdim edirik:


Natəvan Baxşiyeva
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əməkdar artist: "Ona bir şey olsa, yaşamaram"
"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin". Bunu Qaynarinfo-ya açıqlamasında ki, 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə arzularından danışarkən deyib. Aktyor həyata keçməyən arzularını
29 aprelDilarə Əliyeva qız analarına səsləndi
"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaç
6 martBrilliant Dadaşovanın ərinə yeni VƏZİFƏ VERİLDİ
Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Hacıyev Gəncə teatrının direktoru təyin olunub. Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib
14 fevralLeyla Əliyevadan tarixi xalçaya ilmələr - Video
Leyla Əliyeva Şuşa məscidi üçün toxunan dünyanın ən böyük dairəvi xalçası ilə bağlı görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb. Belə ki, "Azərxalça" ASC tərəfindən Şuşa məscidi üçün hazırlanan, dünya xalçaçılıq tarixini
12 fevralBaba Vəziroğlunun ailəsində - Ağır itki
Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun bacısı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baba Vəziroğlunun jurnalist qardaşı Anar Vəziroğlu məlumat paylaşıb. O bildirib ki, bacısı Gündüz xanım ötən gecə dünyasını dəyişib. Allah rəhmət eləsin!
19 mart"Mona Liza" tibbin 346 il sonra təsvir etdiyi xəstəliyi gizlədirmiş
XVI əsrin əvvəllərində Leonardo da Vinçi tərəfindən yaradılmış məşhur "Mona Liza" əsəri tibbin yalnız XIX əsrdə rəsmi şəkildə təsvir etdiyi irsi xəstəliyin tarixdə ilk vizual təsviri ola bilər. Söhbət ailəvi hiperxolesterinemiyadan gedir. Bu genetik pozuntu nəticəsində orqanizm "pis"
11 mayXalq artistinin rejissor qardaşı vəfat etdi
Tanınmış rejissor Rauf Süleyman vəfat edib. "Qafqazinfo" xəbər verir ki, uzun illər AzTV-də çalışmış R.Süleyman 82 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, Rauf Süleyman Xalq artisti Ramiz Həsənoğlunun qardaşıdır. Rauf və Ramiz Mirzəyevlər görkəmli teatrşünas Həsənağa Mirzəye
17 martBu məktəblərə Elza İbrahimova və Fikrət Qocanın adı verildi
Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib. Qaynarinfo-nun xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə isə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib. Elm və Təhsil Nazirliyi
9 fevral"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə Rəis
Səhnədə işıqlar yanır, pərdə açılır və tamaşa başlayır. Hər bir tamaşa isə cəmiyyətin düşüncəsini, hisslərini və həyat hekayələrini əks etdirən bir aynaya çevrilir. Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 10 mart ölkəmizdə peşəkar milli teatrın əsasının qoyulduğu tarix kimi yadda qalıb və hə
10 mart