"Biz teatrda ər-arvad yox, tərəf müqabili, həmkarıq" - FOTOlar

"Biz teatrda ər-arvad yox, tərəf müqabili, həmkarıq" - FOTOlar"Ümumiyyətlə doğum günümü qeyd etməyi sevmirəm. Mənə elə gəlir ki, doğum günü yalnız uşaqlara sevinc gətirir. Böyüklər isə doğum günlərində bir qədər kədərlənirlər, ömür gedir, zaman ötür yaşlanırsan və sən bunun fərqində olursan. Amma əsas mənalı, dolu yaşamaq lazımdır. Çünki ömür insana bir dəfə verilir. Acılı və şirinli genləri ilə. Fikrət Sadıq demişkən, adamın günü ağ da olar, qara da. Hamısını bağrıma basıram. Hər il doğum günümü çox sakit, təmtəraqsız qeyd edirəm".

Sonxeber.az xəbər verir ki, bunu moderator.az-a tanınmış aktrisa Zemfira Əbdülsəmədova deyib. O daha sonra əlavə edib.

"Keçən il isə yubileyim idi. Ailəmlə, dostlarım və qohumlarımla bərabər qeyd etdim. Bu il isə təsadüf elə gətirdi ki, ad günümü çox sevdiyim İstanbulda qeyd etmək mənə nəsib oldu. Qızım mənə hədiyyə edib. O bilir ki, bu nostalji şəhəri çox sevirəm, burada bir zamanlar yaşamışam və bu təzadlar şəhəri ilə bağlı unudulmayan xatirələrim var. Ona görə də indi burdayıq. Yəqin ki, builki doğum günüm yaddaşımda qalacaq. Əsas odur ki, dünyamızda əmin-amanlıq olsun, hər bir insan öz doğmalarının ətrafında xoşbəxt olsun, sevdiyi, məşğul olduğu işində uğur qazansın və vətənə xeyir gətirsin" deyə aktrisa bildirib.

Tanınmış aktrisa həyat yoldaşı, aktyor Ədalət Əbdülsəmədovdan da danışıb.
"Ədalət müəllim həm həyat yoldaşı, həm həmkar, həm də sadiq dostdur Yeri gələndə ağıllı məsləhətlər də verir. Bir birimizi tənqid edirik və incimirik. Çünki, yalandan bir-birimizi tərifləmərik. Əslində, adam özü harda səhv etdiyini, alınmadığını əla bilir. Biz teatrda tərəf müqabiliyik, ər-arvad deyilik. Bunu həmkarlarım da dəfələrlə mənə deyib" deyə aktrisa bildirib.
Məqaləyə dair fotomateriallar:
"Biz teatrda ər-arvad yox, tərəf müqabili, həmkarıq" - FOTOlar"Biz teatrda ər-arvad yox, tərəf müqabili, həmkarıq" - FOTOlar"Biz teatrda ər-arvad yox, tərəf müqabili, həmkarıq" - FOTOlar


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2819   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Riskli əməliyyat olunan Afaq Bəşirqızı nə vaxt evə buraxılacaq? - AÇIQLAMA

Xalq artisti Afaq Bəşirqızı bu gün xəstəxanadan evə buraxılacaq. Bu barədə -a açıqlamasında A.Bəşirqızı özü məlumat verib. O qeyd edib ki, artıq xəstəxanadan çıxışı üçün hazırlıq işləri görülür. Səhhətinin normallaşdığını deyən Xalq artisti keçirdiyi əməliyyatın çox riskli olduğunu vurğulayıb:. "Yaxşıyam

8 iyun
.

Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlu yenidən ailə həyatı qurub. "Qafqazinfo"nun "Publika"ya istinadən məlumatına görə, P.Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eter

26 avqust
.

Nazir müavini: Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub

Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olub. "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində çıxışı zamanı deyib. O bildirib ki, N. Həsənzadə böyük söz ustası kimi bütün yaradıcılığ

2 avqust
.

Əməkdar artist komaya düşüb

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır

7 sentyabr
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr