Aktyor olmaq istəmədi, həyat yoldaşı onu tərk etdi...

Aktyor olmaq istəmədi, həyat yoldaşı onu tərk etdi...Bu gün Xalq artisti Rafael Dadaşovun anım günüdür.

Sonxeber.az Kulis.az-a istinadən bu münasibətlə mərhum aktyor haqda maraqlı faktları təqdim edir.

Rafael Məlik oğlu Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatala rayonunda aktyor Məlik Dadaşovun və Sofiya Hüseynovanın ailəsində anadan olub. Amma bu ailənin ömrü uzun olmur. Bir müddət Bakıda yaşayan cütlük 1955-ci ildə ayrılmaq qərarına gəlir. Sofiya Hüseynova balaca Rafaeli də götürüb Naxçıvana - doğma teatra qayıdır.

Bəzi mənbələrdə Məlik Dadaşovun Sofiyadan olan oğlu Rafaelə sahib çıxmadığı yazılır. Bu fakt Rafael Dadaşovun verdiyi müsahibələrdə atası haqqında çox danışmaq istəməməsi və anasının onu təkbaşına böyütməsini söyləməsi ilə uyğun gəlir.

Nənəsi aktrisa Xədicə Qazıyevanın himayəsində böyüyən Rafael Dadaşov orta məktəbi bitirəndən sonra Moskvada sirk üzrə rejissorluq fakültəsinə daxil olur. Oranı bitirəndən sonra sirkdə işləməyə başlayır. Rafael Dadaşov valideynlərindən fərqli olaraq aktyor olmaq istəmir. Ancaq iş elə gətirir ki, yenidən Naxçıvana nənəsinin yanına gedib bir müddət orada nazirlikdə işləyir, diktor kimi fəaliyyət göstərir.

Elə həmin ərəfədə rejissor Tofiq Kazımov 1975-ci ildə onu teatra dəvət edib deyir, qurtardın bu qaraçı həyatından? Gəl, gəl teatra, Don Juan rolunu sənə verəcəm. Rafael Dadaşov razılaşır, amma sınaq rolu kimi ifa edəcəyini bildirir. O, Tofiq Kazımova deyir ki, əgər Don Juan rolu alınmasa, həmişəlik teatrdan uzaqlaşacaq. Ancaq həmin rol aktyora uğur gətirir. O, Akademik Milli Dram Teatrının truppasına daxil olur.

Hələ gənclik illərində Azərbaycanın Allen Delonu adını alan aktyor Dram Teatrında "Hamlet", "Heç nədən hay küy", "Cehizsiz qız", "Səhra yuxuları", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Unuda bilmirəm", "İblis", "Şəhərin yay günləri", "Qılınc və qələm", "Sevgililərin cəhənnəmdə vüsalı", "Sokratı anma gecəsi", "Afət", "Ölülər" tamaşalarında uğurlu rollar ifa edir. Aktyorun səhnədəki son rolu "Müfəttiş" tamaşasındakı Anton Antonoviç Skvoznik-Dmuxanovski obrazı olur.

Bundan başqa Rafael Dadaşov "Ötən ilin son gecəsi", "Mehmanxana sahibəsi", "Səni axtarıram", "Topal Teymur", "Ordan-burdan" kimi televiziya tamaşalarında ona məşhurluq gətirən rollarda çıxış edir.

Aktyorun zəngin səhnə həyatı olsa da, kino həyatı o qədər də geniş olmayıb. O, karyerası boyu "Var olun qızlar", "Yarımçıq qalmış serenada", "Bəxt üzüyü", "Mənim ağ şəhərim" filmlərinə çəkilib. Kinoya çəkilməməsini Rafael Dadaşov müsahibələrinin birində birbaşa rejissor Adil İsgəndərovun adl ilə bağlayır:

"Bu məsələ Adil İskəndərovla Məlik Dadaşovun arasında yaranan çox ciddi mübahisə ilə bağlı idi. Zamanında Məlik Dadaşov Adil İskəndərovun yarasına duz səpmişdi. Görünür Adil müəllim də bunu yaddan çıxarmamış, yeri gəldikcə onun oğluna müəyyən sərhədlər qoyurdu. O, mənim kinoda çəkilməyimə imkan vermədi. "Qaynana" filmində İlqar roluna, "Dəli Kür"də Şamxala, "Mən ki gözəl deyildim"də Məzahirə. "Babək" filmində başqa bir rola çəkilməyə qoymadı. Eldar Quliyev "Var olun qızlar" filminə məni dəvət edəndə sirkdə işləyirdim. Sınaq çəkilişlərinə gələndə mən ona dedim, Eldar müəllim, onsuz da siz məni çəkməyəcəksiniz. O da dedi, niyə belə deyirsən? Dedim, vallah məni nə qədər sınaq çəkilişlərinə dəvət ediblər, ifamı da bəyəniblər, amma filmə gəlib çatanda çəkməyiblər. O, mənə sınaq çəkilişlərinə qarışmamağı məsləhət gördü. Eldar müəllim balaca adam deyildi, atası Tofiq Quliyev isə böyük masştablı sənətkar idi. Ona görə də Adil İskəndərov mənim həmin filmə çəkilməyimə mane ola bilmədi."

Aktyor 80-ci illərin sonunda öz əmisiqızı Sədaqət Dadaşova ilə ailə həyatı qurub. Bu evlilikdən onların üç övladı dünyaya gəlib. Lakin, bir müddət sonra aktyorun xanımı onu tərk edərək evdən gedir və başqa bir insanla ailə qurur. Bu gediş aktyor üçün böyük zərbə olsa da, o, ikinci dəfə heç kimlə ailə həyatı qurmur, ömrünü övladlarını böyütməyə həsr edir.

Rafael Dadaşovun ən çox ifa etmək istədiyi obraz Hamlet olub. Buna isə nail ola bilməyib. O, müsahibələrinin birində bu haqda deyir:

"Mən heç vaxt rejissorlardan rol istəməmişəm. Yeganə Hamlet rolu idi ki, Azərpaşadan istədim, o rolu mənə vermədi. Mən hətta o vaxt teatrın direktoru Həsən Turabovdan da o rola görə xahiş etmişdim. Onlar rolu mənə yox, başqa aktyora verdilər. Düz 9 aydan sonra məni çağırdılar ki, gəl kralı məşq elə. Mən də həmin vaxt "Fedra" tamaşasına hazırlaşırdım. Gəldim teatra və 3 aya həmin rolu hazırladım".

Aktyor Xalq artisti adını çox gec, 60 yaşında alıb. Aktyorun özünün sözlərinə görə onun on yeddi il müddətində ad almamasına o vaxtkı Mədəniyyət naziri Polad Bülbüloğlu mane olub.

Aktyora qarşı uzun illər işlədiyi teatrda da müəyyən haqsızlıqlar olub. Belə ki, teatrda da onun işdən çıxarılması üçün beş nəfər səs verib. Aktyor bu haqda son müsahibəsində deyir:

"Teatrda kimsə özündən seçki uydurub ortalığa çıxarmışdı. Mənim də adımı gizli səsvermə yolu ilə yazıb divara vurmuşdular. Adımı siyahıda görəndə məni ağlamaq tutdu. Heç vaxt ağlıma gəlməzdi ki, dost münasibətində, salam-sağ olum olan adamlar mənim teatrdan çıxmağımı istəsinlər. Onda atam gördü mən pərişanam, məni kənara çəkib dedi:

"Bilirsən niyə o beş nəfər sənin əleyhinə səs verib? Ona görə ki, sən güclüsən və o beş nəfərə mane olursan. Onlar sənin yerini tutmaq istəyir. Sən kədərlənmə, əksinə sevin ki, güclüsən".

Bunu bir dəfə demişəm, yenə də deyirəm: Əgər bu teatr sənətin Vatikanıdırsa, biz buranın kardinallarıyıq".

Ömrünün son illəri artıq çəkidən və ürək xəstəliyindən əziyyət çəkən aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilir. 2020-ci il martın 16-da 74 yaşında vəfat edir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2126   Tarix: 16 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artist Bəyimxanım Vəliyeva sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, xanəndənin paylaşdığı videoda onun 1993-cü ildə AzTV2-də yayımlanan Novruz şənliyində səhnəyə çıxdığı əks olunub. Maraqlı məqam isə həmin vaxt Bəyimxanım Vəliyevanın cəmi 4 yaşında olmasıdır. Görüntülər izləyicilə

31 mart
.

"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib. -ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb

29 may
.

Rauf Hacıyevin ailəsində itki

Görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri, SSRİ Xalq artisti Rauf Hacıyevin bacısı oğlu vəfat edib. "Qafqazinfo" xəbər verir ki, onun nəslinin davamçılarından olan Nazim Musayev Göyçay şəhərində dünyasını dəyişib. Mərhum rayonda tanınmış stomatoloqlarda

1 iyun
.

Əməkdar artist: "Ona bir şey olsa, yaşamaram"

"Bu həyatda məni yaşadan həyat yoldaşımdır. Məni saxlayan odur, uşaq kimi baxır. Ona bir şey olsa, yaşamaram. Allah ona can sağlığı versin". Bunu Qaynarinfo-ya açıqlamasında ki, 69 yaşlı Əməkdar artist Rəhman Rəhmanov doğum günündə arzularından danışarkən deyib. Aktyor həyata keçməyən arzularını

29 aprel
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə

15 may
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul
.

"Qızımın səsi var, amma o siyasəti seçdi"

Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır

29 may
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust