CinemaPlus-da Azərbaycan melodramı "Olimpia"
"CinemaPlus" kinoteatrlar şəbəkəsində 18 martdan Azərbaycan istehsalı olan "Olimpia" filminin nümayişi başlayır.
Sonxeber.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan" studiyasının ekran işi melodram janrındadır.
Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.
Rollarda: Qurban Ismayılov, Kəmalə Israfilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həcı Ismayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov.
Film haqqında qısa məlumat: Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı…Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir.
"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Qızılın bir qramı neçəyə oldu?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi