"Putin müharibənin nə qədər dəyişdiyini dərk etmir" - "The Atlantic"

"Putin müharibənin nə qədər dəyişdiyini dərk etmir" - "The Atlantic""İkinci Dünya Müharibəsi zamanı tanklar böyük bir güc simvolu idi. Putinin hələ də onları belə görməsi inanılmazdır. Liviyada və başqa yerlərdə baş verən son münaqişələrdə tankların pilotsuz təyyarələrə və tank əleyhinə silahlara qarşı son dərəcə həssas olduğu sübut edildi. Azərbaycanın 2020-ci ildə Qarabağda erməni tanklarını asanlıqla məhv etmək bacarığı qələbə qazanması üçün vacib nüans oldu".

Bu barədə "The Atlantic" nəşrində yayımlanan məqalədə deyilir.

Bildirilir ki, Rusiya lideri Vladimir Putinin xalqına qarşı rəftarı düşmənlərinə qarşı rəftarı qədər amansızdır:
"Ordu geri göndərilən cəsəd torbalarının sayını azaltmaqdan ötrü hətta rus yaralılarını dəfn etmək üçün Ukraynaya səyyar krematoriya da gətirib. Putinin sovet sələfləri də öz əsgərlərinin hisslərinə eynilə bu cür laqeyd yanaşırdılar. 1945-ci ildə Qırmızı Ordu bir sıra qiyamlarla üzləşdi. Zabitlər və siyasi idarələr tərəfindən tez-tez nifrətlə rəftar edilən əsgərlərə həlak olan yoldaşlarının cəsədlərini götürmək üçün yox, təkrar istifadə üçün geyimlərini çıxarmaqdan ötrü gecələr neytral zonaya getmələri əmr edilirdi.

Ukraynada təkrarlanan digər köhnə nümunə Rusiya ordusunun ağır silahlardan asılılığıdır. İkinci Dünya Müharibəsi illərində Qırmızı Ordu "müharibə tanrısı" adlandırdığı artilleriyasının gücü ilə öyünürdü. Berlin əməliyyatında Jukovun artilleriyası 3 milyondan çox mərmi ataraq, Müttəfiqlərin strateji hava hücumundan daha çox şəhəri məhv etdi. Sovetlər qalan müdafiəçiləri öldürmək üçün alman qoşunları tərəfindən "Stalinin orqanı" ləqəbli "Katyuşa" reaktiv yaylım atəşindən istifadə edirdilər. Putinin adi artilleriyası potensial snayper mövqelərini məhv etmək üçün eyni köhnə üsulla Ukrayna binalarını darmadağın etsə də, köhnə Katyuşaların yerini hədəflərdən oksigeni çəkən dağıdıcı "vakuum bombaları" olan termobarik sursatlar tutur.
Putin Rusiyası Sovet İttifaqı olmadığı kimi, Putinin ordusu da Qırmızı Ordu deyil. Hökumətdəki institusional korrupsiya hər şeyə təsir etdi, hətta ehtiyat hissələrinin satışından qazanc əldə edən və nüfuzlu layihələrin xeyrinə maddi-texniki dəstəyə məhəl qoymayan məmurlar belə. Ukrayna müdafiəçiləri Rusiyanın Soyuq Müharibə T-72 tanklarını ard-arda ördək kimi məhv edərkən, Rusiyanın prioriteti yeni nəsil yüksək texnologiyalı "Armata" tanklarının xərclərini ödəmək üçün kifayət qədər pul ehtiyatı saxlamaqdır. Bununla belə, "Armata" izdihamı və xarici medianı heyran etmək üçün hər il 9 May Qələbə Günü paradlarında Qırmızı Meydandan keçməkdən başqa bir şey edə bilməz. Döyüş meydanında o, T-72 ilə eyni aqibəti yaşadı".

Nəşr Rusiya ordusunun süqutunu da istisna etməyib:

"2008-ci ildə keçmiş kiçik Sovet respublikası Gürcüstana dağıdıcı zərbə vuran, lakin Rusiyanın səriştəsizliyini və zəifliyini üzə çıxaran işğalı Putinin ordusunda yenidənqurma və islahatlar planlarına səbəb oldu. Bu cəhdlər açıq-aydın uğursuzluğa gətirib çıxardı. Bu, Putin rejiminin idealizm, dürüstlük və vəzifə hissinin olmaması haqqında çox şey deyir. Ukraynaya işğalın belə gec və həlledici mərhələsində bunun necə dəyişə biləcəyini anlamaq çox çətindir.

Bununla belə, müharibədən əvvəlki bütün gözləntilərin əksinə, Rusiya ordusunun süqutu da mümkün görünür. Tamamilə mənəvi tənəzzül alçaldıcı geri çəkilməyə gətirib çıxara bilər ki, bu da Putinin sovet keçmişindən ayrıla bilməməsinin potensial dağıdıcı nəticəsidir".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 2425   Tarix: 25 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart 2024
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel 2024
.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin növbəti məhkəməsi keçirilib

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorl

20 fevral 2025
.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel 2024
.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel 2024
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel 2024
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart 2024
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024