PUTİNİN HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILMASININ İKİ YOLU – "Xruşşov variantı", yoxsa "Yanukoviç variantı"?

PUTİNİN HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILMASININ İKİ YOLU – "Xruşşov variantı", yoxsa "Yanukoviç variantı"?Artıq hər kəsə məlumdur ki, Rusiyanın Ukraynada apardığı müharibənin yaratdığı acı nəticələrin təsiri hələ uzun müddət hiss olunacaq. Əksər nüfuzlu ekspertlər bildirirlər ki, müharibənin daha çox uzanması və Qərb dünyası ilə üzücü qarşıdurma Rusiyanın strateji məğlubiyyəti ilə yekunlaşacaq.

Kreml qarşısına qoyduğu işğal planını yalnız "ildırım sürətli qələbə" ilə reallaşdıra bilərdi. Lakin Putinin gözlədiyinin əksinə olaraq, bu ssenari baş tutmadı və reallıq ondan ibarətdir ki, müharibənin davam etdirilməsilə bağlı istənilən digər ssenari də Rusiyanın bir dövlət kimi mövcudluğunu sual altında qoyur.

Sonxeber.az "AzPolitika.info"ya istinadən xəbər verir ki, ABŞ-ın "The Hill" qəzetində müharibə mövzusuyla bağlı dərc edilən "Rusiya Putindən sonra" başlıqlı məqalədə qarşıda Rusiyanı fəlakətə sürükləyə biləcək iki variantdan bəhs edilir: "Putinin Ukraynaya qoşun yeritməsi Rusiyanı çöküşün astanasına gətirib. Əsas məsələ Putinin hakimiyyətdən necə kənarlaşdırılmasıdır. Putin öz xoşu ilə vəzifəsindən əl çəkməyəcək. Deməli, söhbət onun digər yollarla hakimiyyətdən götürülməsindən gedir.

Putinin hakimiyyətdən uzaqlaşdırılmasının iki variantı var. Şərti olaraq onları "Xruşşov variantı" və "Yanukoviç variantı" adlandırmaq olar.

"Xruşşov variantı" dedikdə, 1964-cü ildə sovet lideri Nikita Xruşşovun saray daxilindəki çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılması, digər variantda isə 2014-cü ildə Ukrayna Prezidenti Viktor Yanukoviçin hakimiyyətdən qovulmasına bənzər ssenari nəzərdə tutulur.

"Xruşşov variantı"nda Putinin yaxın məsləhətçiləri nüfuzlu oliqarxlarla birlikdə Putini həbs etməklə Rusiyanın siyasi xəritədən silinməsinə imkan verməyə bilərlər. Ehtimal etmək olar ki, əgər Putinin ətrafı onu həbs edərsə, o zaman onun tərəfdarları ilə əleyhdarları küçəyə çıxacaqlar və bunun ardınca bütün ölkə üzrə zorakılıqlar tüğyan edəcək. Ancaq öz liderini itirən putinçilər çox güman ki, məğlub olub geri çəkiləcəklər.

İkinci variant isə Yanukoviçin hakimiyyətdən qovulmasına bənzəyəcək. Yəni, qəzəblənmiş insanlar küçəyə axışacaq, bunun ardınca yoxsullaşmış və müharibədən gələn cəsədləri görən rusiyalılar kütləvi şəkildə nümayişlərə qoşulacaqlar. Putinin elitadakı tərəfdarları hiss edəcəklər ki, hər şey bitib və buna görə də ondan uzaqlaşacaqlar. Ola bilər ki, Putin Kremldən qaçıb Sibirdə özünə hansısa sığınacaq qursun. Belə olan halda da onun tərəfdarları ilə əleyhdarları toqquşacaqlar.

Hər iki variant eyni nəticə ilə yekunlaşacaq - elitanın Putini tərk etməsi kütləvi zorakılıq və xaos meydana gətirəcək. Burada iki variant arasındakı əsas fərq ondan ibarətdir ki, "Xruşşov variantı"nda küçə zorakılığı və iğtişaşlar məhdud şəkildə olacaq və sonradan müəyyən nizam-intizam yaradılacaq. "Yanukoviç variantı"nda isə Putin əhali, gizli polis və ordu içərisindəki öz tərəfdarlarını səfərbər edə biləcək və bundan sonra vətəndaş müharibəsi qızışacaq. Hər iki halda Moskvada sabitlik pozulacaq, iğtişaşlar vüsət alacaq. Putinin getməsi hakimiyyət uğrunda mübarizəyə gətirib çıxaracaq.

Ukrayna müharibəsinin başlanmasında və bunun nəticəsində ölkənin fəlakətə sürüklənməsində birbaşa əli olan Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu istefaya göndəriləcək. Putinin yerdə qalan ətrafı hakimiyyət uğrunda mübarizəyə başlayacaq, digər yandan isə onlar Ukraynadakı müharibəyə son qoymağa və dünya ilə münasibətləri qaydaya salmağa çalışacaqlar.

İstənilən halda hakimiyyət uğrunda mübarizə Rusiyanın demokratik müxalifətinin siyasətə qayıtmasına imkan verəcək. Əgər əhali küçəyə axışıb müxalifəti dəstəkləsə, o zaman onlar Kremldə nəzarəti ələ ala bilərlər. Həmçinin, hakimiyyətdən incik düşən milli azlıqlar – tatarlar, çeçenlər, inquşlar, dağıstanlılar, Krım tatarları, yakutlar müstəqillik istəyə bilərlər.

Rusiyada baş verənlər Belarusa da təsirsiz ötüşməyəcək. Belaruslar ayağa qalxıb Aleksandr Lukaşenkonun devrilməsinə nail ola bilərlər. Hadisələrin gedişini izləyən Moldova rusların 1990-cı illərin əvvəlində qurduqları qondarma "Dnestryanı Respublika" ərazilərini azad etmək qərarına gələcək. Ukraynalılar isə Donbası və Krımı geri almağa çalışacaqlar.

Kreml nümayişçilərin tələblərini yerinə yetirə biləcəkmi? Rusiyada baş qaldıracaq iğtişaşlar müxtəlif intensivliklə bir neçə il davam edəcək. Ona görə də Rusiyanın parçalanacağı ağlabatandır.

Əgər Putin düşmənlərinin pəncəsindən qurtularaq əhəmiyyətli döyüş gücünə malik qüvvələri öz ətrafına yığa bilərsə, o zaman Rusiya dəhşətli daxili müharibə girdabına çəkiləcək. Rusiyadakı milli azlıqlar müstəqillik qazanmağa can atacaqlar, dünya milyonlarla insanın Rusiyadakı daxili müharibədən canını qurtararaq Avropaya və Çinə qaçacağını dəhşətlə seyr edəcək.

Bu variantların ikisi də qorxuludur. Hər iki halda problemin mahiyyətini Putində və onun qurduğu avtoritar sistemdə axtarmaq lazımdır. Onsuz da bu sistem əvvəl-axır duruş gətirə bilməyəcək və o, iyirmi ildən artıqdır ki, Putini dəstəkləyən rusiyalılar üçün potensial dəhşətli nəticələrlə dağılacaq".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1783   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey

14 aprel 2024
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel 2024
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel 2024
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart 2024
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart 2024
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel 2024
.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel 2024
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel 2024