Ruslar Çernobılda radiasiyaya məruz qaldılar
Martın 31-də "AFP" və "CNN" kimi bir sıra dünya KİV-i Rusiya qoşunlarının Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının ərazisini tərk etdiyini yazıb. Rusiyalı hərbçilər müharibənin ilk günü, yəni fevralın 24-də Çernobıl AES-ə nəzarəti ələ keçirmişdilər.
Sonxeber.az Ukrayna mediasına istinadən xəbər verir ki, AES-in ərazisini tərk edən rusiyalı hərbçilərin Belarusla sərhədə tərəf getdiyi qeyd olunub.
Rusiyalı hərbçilərdən ibarət iki kolonun Belarusla sərhədə yollandığını yayan qurumlar arasında Ukraynanın "Enerqoatom" şirkəti də olub. Şirkət iddia edir ki, Çernobılda olan rusiyalı hərbçilər "Qırmızı meşə" adlanan ərazidə xəndək qazdıqlarından yüksək dozada radiasiyaya məruz qalıblar. Bildirilir ki, "Qırmızı meşə" adlı ərazi Çernobılda radiasiyanın təsirinə ən çox məruz qalmış hissələrdən biri hesab olunur.
Bununla yanaşı, Belarus teleqram kanallarında yayılan məlumata görə, içərisində rusiyalı hərbçilər olan bir neçə avtobus ölkənin Qomel şəhərindəki şüadan müalicə mərkəzinə gəlib.
Rusiya Müdafiə Nazirliyi hələlik bu barədə açıqlama verməyib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) isə Çernobılda rusiyalı hərbçilərin şüalanmaya məruz qalması barədə məlumatının olmadığını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1570 Tarix: 02 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO
SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord
14 aprel 2024KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib
İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios
14 aprel 2024Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy
14 aprel 2024İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qətlə yetirilən soydaşlarımızın sayı açıqlanıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə bu gün Bakıda seperatçıların keçirilən məhkəməsində məlumat verilib. Qeyd olunub ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 35
18 fevral 2025İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind
28 avqust 2024İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ
İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. Bunu İran Silahlı Qüvvələrini
14 aprel 2024