Çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, Rasim Balayevlə düşmən oldu, oğlunu şərlədilər - "Cəbiş müəllimin arvadı"nın həyatı

Çəkildiyi xəyanət səhnəsi filmdən çıxarıldı, Rasim Balayevlə düşmən oldu, oğlunu şərlədilər - "Cəbiş müəllimin arvadı"nın həyatıSonxeber.az Kulis.az-a istinadən teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Şəfiqə Haşım qızı Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub, orada böyüyüb. Dərbənddən Bakıya gələn Şəfiqə xanım Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya teatr aktyoru fakültəsinə qəbul olub.

Tələbə yoldaşlarının sözlərinə görə Şəfiqə xanımın çox gözəl səsi varmış. O, emosional, öz üzərində işləyən, sözün yaxşı mənasında "dəli-dolu" bir xanım olub. İnstitut illərində də həmişə göz qabağında olan, ən sayılan, seçilən tələbələrindən biri olmağı bacarıb.

***

O vaxt teatrın baş rejissoru yaradıcılığa, tamaşalara, aktyorlara - hamısına rəhbərlik edirdi. Tofiq Kazımov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Zəfər Nemətov kimi baş rejissorlar instituta gəlib həm tələbələrə dərs keçir, həm də o kursun tamaşalarına baxırdılar. Şəfiqə Məmmədovanın iştirakı ilə olan tamaşaları izləyən rejissor Tofiq Kazımov onu musiqili komediya fakültəsindən Akademik Milli Dram Teatrına aktrisa kimi dəvət edir.

Aktrisa Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Burada o, "Hamlet" tamaşasında Gertruda, "Canlı meyit"də Maşa, "Xəyyam"da Sevda, "Dəli yığıncağı"nda Pırpız Sona, "Bağlardan gələn səs"də Gülcan, "Aydın"da Gültəkin obrazları ilə tamaşaçıların rəğbətini qazanıb.

***

1968-ci ildə Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına, 1981-ci ildə Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

Aktrisa iki dəfə ailə qurub. O, teatra gələndən bir müddət sonra rejissor Mehdi Məmmədovla tamaşalarda tərəf müqabili olur. Qarşılıqlı tandem, lirik qəhrəmanları oynamaqları onların arasında sevgi münasibətinin təməlini qoyur Bir müddət sonra isə Şəfiqə Məmmədova aktrisa Barat Şəkinskayadan yeni ayrılmış Mehdi Məmmədovla ailə qurur. 1973-cü ildə onların Ülvi adlı bir oğlu dünyaya gəlir.

Ülvi orta təhsilini Bakının 16 nömrəli məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunin kinorejissorluq fakültəsində oxuyub. Sonra Sankt-Peterburq Kino və Televiziya İnstitutunun iki illik ali kinoşünaslıq kursunu bitirib. Burada o, Sergey Dobrotvorski və Mixail Trofimenkov kimi tanınmış kinoşünaslardan dərs alıb. Ülvi Mehdi 1996-ci ildə Sankt-Peterburq şəhərində ailə həyatı qurub, amma 2000-ci ildə xanımından boşanıb. Bu evlilikdən onun bir qız övladı var.

***

2012-ci ilin dekabrında Bakıda onunla bağlı xoşagəlməz hadisə yaşanıb. Belə ki, "Bakıdakı "Jazz-Center"də Böyük Britaniya səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə əcnəbi diplomatların sənədləri itib. Bu hadisəylə bağlı həmin tədbirdə iştirak etmiş Ülvi Mehdi Nəsimi Rayon Polis İdarəsinə çağırılıb. Amma hadisəyə heç bir aidiyyətinin olmadığına inanıb, onu buraxıblar. Ülvi Mehdi əsassız olaraq polisə çağırılmasında onun barəsində şübhəli ifadə vermiş "Jazz-Center"in administratorunu ittiham edib.

Şəfiqə Məmmədovanın ikinci evliliyi - hazırkı həyat yoldaşı Rafiq Behbudov olub. Bu evlilikdən də aktrisanın Teymur adlı bir oğlu var.

Şəfiqə Məmmədova xeyli müddət dram teatrının aparıcı aktrisalarından biri olsa da, sonradan o, teatrdan küsüb gedir. Aktrisanın sənət dostu aktyor Əbdül Mahmudov müsahibələrinin birində bu haqda deyir:

"Şəfiqə xanım istər kino, istərsə də, teatr mədəniyyətimizin tarixində öyrənilməli böyük bir mərhələdir. Ürək ağrısıyla qeyd edirəm ki, o çox vaxtsız teatrdan getdi və biz böyük teatr xadimimizi itirdik. Şəfiqə xanım onda mənə dedi:

"Artıq o teatr mənim istədiyim teatr deyil". Çünki böyük ustadlar, aktyorlar getdilər, teatr parçalandı. Hətta Leyla Bədirbəyli, Rza Əfqanlı, Amaliya Pənahova, Hökümə Qurbanova kimi adamlar çıxıb getdilər və teatrda bir durğunluq, parçalanma dövrü yarandı. Təbii ki, Şəfiqə xanımı orada nə isə qane etmədi. Qəribədir ki, Şəfiqə xanım kinodan da küsdü. Teatrı deyə bilmərəm, amma kinodan küsməyə onun haqqı yoxdur".

Aktrisa kino yaradıcılığı dövründə "Qaraca Qız", "Dədə Qorqud", "İstintaq", "Bizim Cəbiş müəllim", "Ad günü", "Çarvadarların izi ilə" adlı filmlərə çəkilib.

***

Şəfiqə Məmmədova müsahibələrinin birində rolları haqqında deyir:
"Öz filmlərimə baxa bilmirəm. Bir tərəfdən xatirələr yada düşür, digər tərəfdən isə fikirləşirəm ki, o rolu daha yaxşı, daha peşəkarcasına oynaya bilərdim".

Aktrisa bir müddət Akademik Milli Dram teatrının direktoru olmuş Həsənağa Turabovun vəfatından sonra Dram Teatrına onun yerinə müdir təyin olunsa, sonradan istefa verir.

***

Bir neçə il əvvəl aktrisa ilə həmkarı Rasim Balayev arasında gərginlik yaranıb. Hər iki sənətkar bir-biri haqqında mətbuatda xoşagəlməz ifadələr işlədiblər. Rasim Balayev aktrisanı yaltaq və satqın adam adlandırsa da, 2019-cu il 8 Mart günü Şəfiqə xanıma zəng edərək, onu təbrik edib, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyini dilə gətirib və bununla da iki tanınmış sənətkar arasında baş verən inciklik sona çatıb.

Aktrisa 1995-ci ildən 2000-ci ilə qədər Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı olub. 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilib.

***

Aktrisaya kino sahəsində ən böyük məşhurluğu "Bizim Cəbiş müəllim" filmindəki Cəbişin arvadı rolu gətirib. Filmlə bağlı bir müddət əvvəl müxtəlif fikirlər səslənib. Belə ki, "Bizim Cəbiş müəllim" filminin sonunda Sovet dövrü üçün intim sayıla biləcək səhnənin çəkilməsi müzakirə mövzusuna çevrilib. Qeyd olunur ki, filmin sonunda Cəbiş müəllimin arvadının alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət etməsi səhnəsi filmdən çıxarılıb. Bu haqda aktrisa fikirlərini belə ifadə edib:

"Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxırlar. Kim necə yozursa-yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivzlimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosesində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədirlər ki, 69-cu ilin filmini qurdalayırlar?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayırlar? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burada nə var ki? Yaradıcı insanlar elə görməyiblər deyə, filmə salmayıblar. Bu nə səviyyəsizlikdir?"

Bu yaxınlarda Teatr Xadimləri İttifaqında Milli Teatr Günü ilə bağlı təşkil olunan tədbirə qatılan Şəfiqə xanım səhnəyə çıxaraq bu fikirləri səsləndirib:

"Kövrəldim... Xoşbəxtəm ki, mənim həyatımda səhnə, teatr olub. Mən Teatr Xadimləri İttifaqına, Azərpaşa müəllim sizə təşəkkürümü bildirirəm ki, yenə bu gün məni səhnəyə çıxartmısınız. Mən bu gün səhnədə olmasam da sənətə davam edirəm, teatr sənəti ilə məşğulam, saysız-hesabsız tələbələrim var. Bu gün Milli Teatr Günündə sizə bir etiraf etmək istəyirəm, bu çox ciddi bir etirafdır. Bu yolu keçmişəm, amma inanın ancaq səhnədə mən xoşbəxt və azad idim" deyə aktrisa bildirib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3037   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Böyük Misir Muzeyinin 5 əsas eksponatl: Gizanı ziyarət etməyə dəyər (FOTO)

Qədim Misir sivilizasiyasının tarixi bu gün də bəşəriyyətin ən böyük sirlərindən biri olaraq qalır. Bu mövzu yüzlərlə alimi və milyonlarla turisti cəlb edir. Ötən ilin payızından etibarən səyyahların Qədim Misir tarixi ilə daha yaxından tanış olmaq imkanı genişlənib. Belə ki, Qizada nəhayət möhtəşə

16 sentyabr
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

31 avqust
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı

Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyin

25 sentyabr
.

Əlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"

Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd

20 iyul
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Bir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı

Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını

23 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul