Şarl Mişel İlham Əliyevlə DANIŞDI
Aprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüş qeyd olunub və əldə edilmiş razılaşmalara uyğun olaraq praktiki və nəticəyönümlü işin aparılmasının önəminə toxunulub.
Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması məqsədilə verdiyi dəstəyinə və bu məsələləri daim diqqətdə saxladığına görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə "Bakı-Yerevan" formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.
Prezident Şarl Mişel Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması məqsədilə səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.
Söhbət zamanı minaların təmizlənməsi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının ölkəmizə dəstək vermək niyyəti təqdir olunub.
Danışıq əsnasında, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1621 Tarix: 23 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
6 noyabrZəfərin təməlində dayanan milli birlik və xalq həmrəyliyi
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas dayaqlarından biri xalqımızın nümayiş etdirdiyi misilsiz birlik və həmrəylik oldu. "Dəmir yumruq" ifadəsi yalnız hərbi gücün deyil, dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsinin rəmzinə çevrildi. Azərbayca
6 noyabrPrezident Ağdama getdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda
7 noyabrHeydər Əliyevin siyasi yaradıcılığının şah əsəri - Azərbaycan Konstitusiyası
"Noyabrın 12-də Müstəqil Azərbaycanın Konstitusiyasının qəbulunun 31 ili tamam olur. Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə islahatlara başlandı. Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan
6 noyabrƏrdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd
7 noyabrSoltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
6 noyabr