Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək
Ermənistan baş prokuroru ölkənin baş nazir Nikol Paşinyanın dindirilməyə çağırılması barədə göstəriş verib.
Ermənistan İstintaq Komitəsində Azərbaycanla 44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri dindirilib. Zərərçəkmişlərin vəkili Vahan Hovanisyan jurnalistlərə bildirib ki, hərbçilərin yaxınlarının xahişi təmin edilib, Nikol Paşinyan dindirilməyə çağırılıb:
"Ancaq dindirmənin nə vaxt keçiriləcəyi hələ məlum deyil. Hərəkətlərin ardıcıllığını müstəntiq müəyyənləşdirir".
Həlak olan döyüşçülərin ailə üzvləri uzun müddətdir ki, övladlarının ölümünə görə məsuliyyət daşıdığına inanaraq Paşinyanın müttəhim kimi gətirilməsini tələb edirlər. Bu tələblərə səbəb baş nazirin açıqlaması olub. O, aprelin 13-də parlamentin tribunasından bildirib ki, əraziləri hərbi əməliyyatlar olmadan təslim edə bilər, lakin bundan imtina etməklə minlərlə insanın ölümündə günahkar olub. Bu ifadə ölən əsgər valideynlərinin narazılığına və qəzəbinə səbəb oldu. Onlar aprelin 18-də Ermənistan Baş Prokurorluğuna müraciət edərək, Paşinyanın sözügedən ifadəsi ilə bağlı cinayət işinin başladılması və istintaqın aparılması tələbi ilə müraciət ediblər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1654 Tarix: 12 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo
13 may 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu
3 mart 2024Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi
Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu
31 mart 2024Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli
9 aprel 2024