Xalq artisti: "Ermənilər avtobusu partladanda qızımla orada idim, ağır yaralanıb, yaddaşımı itirmişdim"
"Allah məni neçə dəfə qoruyub, saxlayıb. Həyatımda bir neçə dəfə ölümlə üz-üzə gəlmişəm. Yəqin ki, Allahın mənə yazığı gəlib ki, balalarım tək qalar. 90-cı illərin ağrısını, acısını, dəhşətini gözümlə görmüşəm. 1991-ci ildə Gəncənin girəcəyində ermənilərin bomba qoyub partlatdığı Ağdam-Tiflis avtobusunda övladımla birlikdə mən də olmuşam. Oradan 5-6 nəfər sağ çıxdı. Çox ağır yaralandım, bir ilə yaxın yaddaşımı itirdim. İndi həmin yerdə həlak olanların xatirəsinə abidə də qoyulub. Ermənilərin məqsədi Gəncə avtovağzalını partlatmaq idi"
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib.
"Biz komediya aktyorları adətən həyatımıza əks olan obrazları oynayırıq. Elə bir çətin günüm olub ki, içim qan ağlayıb, amma özüm səhnədə çıxıb tamaşaçıları güldürmüşəm. Tamaşaçıya bizim problemimiz maraqlı deyil, o pul verib bilet alıb. 5 günlük dünyadır, bəzən görürsən ki, bir-birlərinin ətini yeyirlər. Vallah həyat qısadır, olmaz ki, mehriban olasınız? Heç kim bu gündən sabaha zəmanət vermir. Keçmişə qayıtmaq istəmirəm, amma mənim çəkdiklərimi heç kim çəkməyib. Vaxtilə mənə də çox xəyanətlər olunub. Mənə elə bir zərbə vurublar ki, ölən günümə qədər onları bağışlamaram. Övlad acısı da yaşamışam, vətən acısı da. Övladlarıma görə yaşayıram, hər anaya belə övlad qismət olmur. Allah məni bu günlər üçün qoruyub saxladı, 30 ildən sonra gedib Ağdamı da gördüm. Allahıma şükürlər edirəm", - deyə sənətkar bildirib.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1922 Tarix: 19 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI
İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə
31 mart 2024Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!
İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar
14 aprel 2024İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib
İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind
14 aprel 2024İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib
İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr
14 aprel 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024