"Bayraktar" PUA-larının Vətən müharibəsində rolu barədə AÇIQLAMA
Türkiyənin istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatları (PUA) Vətən müharibəsində mühüm rol oynayıb. Bu müharibədə əldə etdiyimiz şanlı zəfər nəticəsində "Bayraktar"ın gücü bütün dünyaya məlum olub.
Bəs bu PUA-ların İkinci Qarabağ Müharibəsində rolu nədən ibarət olub?
Mövzu ilə bağlı Sonxeber.az saytına hərbi şərhçi Ramil Məmmədli açıqlama verib.
"Müasir müharibə taktikasında texnologiyalara həddindən artıq çox yer verilir. Texnologiyaların müxtəlif formatı var. Bunlardan biri də hər birimizin pilotsuz uçuş aparatı kimi tanıdığı PUA-lardır.
Vətən müharibəsində "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından çox uğurla istifadə edilib. Yerüstü qurğuların, hərbi təyinatlı vasitələrin sıradan çıxarılmasında, hava döyüşlərində PUA-ların uğuru danılmazdır".
Ramil Məmmədli bildirib ki, bu PUA-lar düşmənin həm zirehli texnikasını, həm də canlı qüvvəsini sıradan çıxarmaqla yerüstü əməliyyatların sürətli şəkildə həyata keçirilməsinə öz dəstəyini verib:
"Təbii ki, birmənalı olaraq deyə bilmərik ki, Vətən müharibəsində əldə olunan uğur yalnız "Bayraktar"larla əlaqədardır. Bu, əsla elə deyil. Sadəcə olaraq, müəyyən istiqamətlərdə əməliyyatların tezləşdirilməsi, Xüsüsi Təyinatlı Qüvvələrin dəstəklənməsi baxımından bu PUA-ların önəmi böyükdür. Bu gün də Ukrayna ilə Rusiya müharibəsi zamanı PUA-lardan uğurla istifadə olunur".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1203 Tarix: 26 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyndən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind
28 avqust 2024İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib
Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini
17 mart 2024İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib
İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind
14 aprel 2024İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı
14 aprel 2024