"Bəzi qanunlar sadəcə kağız üzərində olduqca, elə "xəyalplov" olaraq qalacaqlar"
"Adi bir ailə başçısının və ya hökümət başçısının öz ailəsi üçün çox xeyirli fikirləri, istəkləri ola bilər. Lakin bu istəklər ailə üzvləri tərəfindən, vətəndaşlar tərəfindən dəstəklənməzsə, elə xəyali olaraq qalacaq. Azərbaycanda qəbul edilən bəzi qanunlar sadəcə kağız üzərində olduqca, elə "xəyalplov" olaraq qalacaqlar".
Bu fikirləri Sonxeber.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O, bir sıra qanunların icra olunmadığını vurğulayıb:
"Tütün və tütün məmulatları haqqında qanun neçə ildir ki, qəbul olunub. Siqaretin tək-tək satışı, məktəb yaxınlığında satışı qadağandır. Lakin görürük ki, bu qanun da "xəyalplov"a çevrilib, əməl edən yoxdur. Körpələrin qidalanmasına dair qanun da belədir. Körpə qida distibüterləri ilə pediatrların əlaqələri qadağan olunur, süni qidanın reklamı qadağan olunur, lakin görürük ki, ölkəmizdə ana südü əmizdirmə faizi mərkəzi Avropa ölkələrindən geri qalır.
Bu kimi bir çox qanunları misal çəkmək olar. "Qida təhlükəsizliyi haqqında" qanun qəbul edilib, amma öncəki fikirlərdə olduğu kimi, bu qanunlar sadəcə kağız üzərində qalır, əhali tərəfindən dəstəklənmir, insanlar arasında geniş müzakirədən keçirilmir. "Qida təhlükəsizliyi haqqında" qanun hazırlandı, göndərildi Milli Məclisə, amma bir effekt vermədi. Bu qanun çox çətinliklə təsdiqləndi.
Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyinin əsas problemi ictimai rəy və ictimaiyyətlə daimi işləməməsidir. Agentlik öz əsasnaməsində qidanın təhlükəsizliyini təmin edir. Bəs keyfiyyətə kim cavabdehdir?
Keyfiyyət məsələsi ilə isə heç kim məşğul olmur. Azərbaycan Standartlaşdırma İnstitutu var, amma o da çox məşğul olmur. Keyfiyyətsiz qida təhlükəsiz ola, amma eyni zamanda insanların həyatında öz mənfi təsirini də göstərə bilər.
"Qida təhlükəsizliyi haqqında" qanun o qədər geniş əhatəlidir ki, onların resusrları çatmır. Sertifikatlaşma ilə nəzarət edən orqan ayrı-ayrı olmalıdır. Setifikat verən orqan müstəqil olmalıdır.
Əhali ilə agentlik yaxşı işləyə bilmir. Əhalinin belə malları boykot etməsi üçün maarifləndirmə işləri getməlidir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
Ukrayna Məsut Özili ittiham etdi