Azərbaycan Ordusunun "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib – YENİLƏNİB + VİDEO
Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb.
O qeyd edib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib: "Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq".
20:38
Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı "Qisas" əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya