MN: "Nizamnamələrin tələblərini və əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək"

MN: "Nizamnamələrin tələblərini və əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək"Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.

"Report"un xəbərinə görə, müşavirədə şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1018   Tarix: 13 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel 2024
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel 2024
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart 2024
.

İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"

14 aprel 2024
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart 2024