"Caliber": "Laçında 451 dərəcə: 1992-2022-ci illərin erməni talanları" - VİDEO

"Caliber": "Laçında 451 dərəcə: 1992-2022-ci illərin erməni talanları" - VİDEOQeyri-qanuni məskunlaşan ermənilər Azərbaycanın Laçın şəhərini və yaxınlıqdakı Zabux kəndini ay sonuna qədər tərk etməlidirlər. Bu, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına tam uyğun olaraq, avqustun əvvəlində Laçın yoluna alternativ marşrutun istifadəyə verilməsindən sonra ortaya çıxan yeni reallıqdır. Amma görünür, ermənilər bunu qəbul etməyə tələsmirlər...

Yanğın, od və alov - Laçın, Zabux və ətraf indi belə görünür. Burada özlüyündə Rey Bredberinin "Farengeyt 451" romanı ilə paralellər yaranır. Xatırladaq ki, onun baş qəhrəmanı yanğını söndürməyən, əksinə ətrafdakı hər şeyi yandıran yanğınsöndürəndir. Yeganə əhəmiyyətli fərq ondadır ki, orada baş qəhrəman Qay Montaq nəhayət ki, ayılır, lakin bir çox ermənilər bundan uzaqdırlar...

Yeri gəlmişkən, xatırladaq ki, ermənilər Laçını ikinci dəfədir yandırıblar: 1992-ci ilin mayında Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra əcnəbi jurnalistlər orada talanların və yanğınların şahidi oldular. Onların məlumatına görə, Ermənistandan Laçına axın edən qarətçilər evləri yandırmazdan əvvəl mal-qara da daxil olmaqla dəyərli hər şeyi aparıblar. Ağzına qədər mebel və məişət əşyaları ilə doldurulmuş yük maşınları və minik avtomobilləri Ermənistana tərəf yollanırdı və iri kolonlar yolda tıxaclar əmələ gətirirdilər. Bir neçə ay sonra şəhəri ziyarət edən kanadalı jurnalist Daniel Brok şəhərin tamamilə yerlə bir edildiyini, heç bir binanın, evin, məktəbin, hətta avtobus dayanacağının salamat qalmadığını qeyd etmişdi. Jurnalist Robert Silinin 1992-ci ilin mayında "The Times"da dərc edilən materialında da Laçın və Zabuxun Ermənistan tərəfindən qeyri-qanuni işğalı, yandırılması və talan edilməsindən danışılıb, həmçinin işğaldan sonra Yaxın Şərqdən ermənilərin bura köçürülməsinə başlanıldığını bildirib.

Daha ətraflı "Caliber"in "YouTube" kanalında yayımlanan "Laçında 451 dərəcə: Erməni talanı 1992-2022" süjetində:


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1245   Tarix: 19 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Müdafiə Nazirliyindən Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd olunub. Daim

15 avqust 2021
.

Ermənistanın verdiyi xəritələrin 20-30 faiz doğru çıxması ilə bağlı nazirlikdən AÇIQLAMA

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. -ın məlumatına görə

20 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

"Haber Global": Zəhranın qanı yerdə qalmadı – VİDEO

Türkiyənin "Haber Global" televiziya kanalı erməni hücumu nəticəsində 2017-ci ildə qətl edilən balaca Zəhranın xatirəsinə həsr olunmuş süjet hazırlayıb. Süjetdə indiyədək məhfur düşmən tərəfindən çox sayda azyaşlı azərbaycanlının öldürüldüyü diqqətə çatdırılır. Qeyd olunur ki, son nəticəd

4 iyul 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021