Qarabağda sülhməramlı postlarının sayı niyə artıb? – Ekspertdən CAVAB
Rusiya Müdafiə Nazirliyinin 31 avqust tarixində etdiyi paylaşımda Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin nəzarət postlarının sayını artırdığı diqqətdən yayınmayıb.
Belə ki, Laçın şəhəri və Sus kəndinin Azərbaycanın nəzarətinə verilməsindən sonra, yəni avqustun 26-da sözügedən məntəqələrdə yerləşən postlar sökülüb.
Nəticədə Rusiya sülhməramlılarının Qarbağdakı nəzarət postlarının sayı 27-dən 25-ə düşüb. Lakin bir neçə gün sonra dərc olunan bülletendə postların sayının 30-a çatdığı diqqətdən yayınmayıb.
Bəs, Rusiya sülhməramlılarının postlarının sayını artırmasına səbəb nədir?
Sualı Bizim.Media üçün cavablandıran hərbi ekspert Ədalət Verdiyev hazırda Rusiya sülhməramlılarının həm keçmiş Laçın yolunda, həm də yeni alternativ yolda funksiyalarını yerinə yetirdiklərini açıqlayıb:
"Bu da onlardan postların sayının artırılmasını tələb edir. Hesab edirəm ki, bu, böyük ehtimalla, həm Azərbaycan, həm də Rusiya komandanlığı arasında razılaşdırılmış prosesdir".
Ədalət Verdiyev əlavə edib ki, sülhməramlı postlarının sayının artırılması heç də Qarabağda erməni təxribatlarının qarşısının alınmasına kömək etməyib:
"Biz sentyabrın 2-də Armen Qriqoryanın, böyük ehtimalla, yeni yolla Xankəndinə səfər etməsinə şahidlik etdik. Ona görə də, hesab edirəm ki, bu məsələlərdə Azərbaycan mümkün təxribatların və qeyri-qanuni səfərlərin qarşısının alınması üçün rusların nəzarətindən əvvəl öz ordumuzun vasitəsilə nəzarəti təmin etməlidir. Rusların işi isə yalnız atəşkəsə nəzarət etməkdən ibarət olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir