Paşinyan: "Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır"
"Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
O, Rusiyanın dəstəyi ilə prosesi başa çatdırmağı gözlədiyini vurğulayıb.
"Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində irəliləyiş var, lakin hələlik bütün məsələlər həll olunmayıb", - deyə Paşinyan qeyd edib.
Baş nazir çıxışında İrəvanın Ankara ilə münasibətlərinin normallaşmasına ümid etdiyini bildirib.
"Biz Türkiyə ilə danışıqlara başladıq. Rusiyanın dəstəyi ilə bu ölkə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik", - deyə o əlavə edib.
Ermənistanın hökumət başçısı həmçinin bəyan edib ki, Rusiyanın Ukrayna ilə müharibəyə başının qarışmasından istifadə edərək Cənubi Qafqazda sabitliyi pozmaq istəyən qüvvələr var./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1195 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr