"8 Noyabr Azərbaycanın 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin müjdə günüdür" - Vüqar İsgəndərli
8 Noyabr 2020-ci il tarixində Azərbaycan ordusu Şuşanı işğaldan azad edərək Vətən müharibəsini qələbə ilə yekunlaşdırdı.
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib ki, 8 Noyabr Azərbaycanın 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin müjdə günüdür. Bu gün hər bir azərbaycanlının xatirəsində şərəfli,qürurlu gün kimi qalacaq:
"8 Noyabr Azərbaycanın 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin müjdə günüdür. Biz həmin gün erməni vandallarının atəşkəsi pozaraq vətənimizə hücum etməsi nəticəsində Ali Baş Komandanın döyüşə qatılmaq əmrinə qoşulan minlərlə əsgər və zabitimizi qürurla andığımız gündür. 8 Noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. 44 gün əks hücum əməliyyatını həyata keçirərək torpaqlarımızı düşmən tapdağından azad etdik, qürurumuzu özümüzə qaytardıq, müzəffər xalq olduq. Bu qələbəni bizə yaşadan Ali Baş Komandanın rəhbərliyi altında vuruşan mübariz, qətiyyətli, şərəfli Azərbaycan əsgər və zabitləri oldu. Çünki həmin döyüş qələbəmizdə 3 minə yaxın igid oğullarımızı itirdik. O oğullar ki, yarıdan çoxu hələ Qarabağı görməmişdi. Onlar televiziyada və yaxud digər mənbələrdən Qarabağı görürdülər. Çünki onların bir çoxu anadan olanda artıq həmin bölgəmiz işğal olunmuşdu. Amma Azərbaycanın vətən oğulları, qeyrətli əsgər və zabitlərimiz dişləri, dırnaqları, canları, qanları ilə vuruşaraq dünyaya bir nümunə göstərdilər. O nümunə göstərdi ki, vətən uğrunda canından da keçmək, əzalarını qoymaq olar. Şəhid və qazilərimiz bir dastan yazdılar. Biz 8 Noyabrı ağlamadan, sızlamadan qürur günümüz kimi tarixə yazdıq. Bu igid qəhrəman övladlarımızı həmin gün anacaq, onların ruhlarına dualar oxuyacaq və qəhrəmanlıqları barəsində danışacağıq. Düşünürəm ki, onların həyat yolu hər birimiz üçün bir nümunədir ".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 2783 Tarix: 08 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb
27 iyun 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 20214 terrorçu zərərsizləşdirildi
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini
12 sentyabr 2021Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO
Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy
22 avqust 2021Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı
Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar
21 avqust 2021Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı
Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y
3 iyul 2021XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO
Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind
4 iyul 2021Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək
22 avqust 2021