"PUTİN BUNKERDƏN ÇIXMAĞA HAZIRLAŞIR..." - "Onun başlıca "kozırı" da əlindən alınır..."

"PUTİN BUNKERDƏN ÇIXMAĞA HAZIRLAŞIR..." - "Onun başlıca "kozırı" da əlindən alınır...""Rusiyanın silah anbarlarından 15 milyon AKM hara yoxa çıxıb?"

Ukraynadakı müharibə uzandıqca Rusiya ordusu müxtəlif hərbi hədəfləri və o cümlədən də yaşayış məntəqələrini atəşə tutmaq üçün daha çox raket sərf etmək məcburiyyətində qalır. Ekspertlərin hesablamalarına görə, bəzi raket tipləri artıq tükənmək üzrədir. Rusiya digər növ hərbi texnikalar sarıdan da problemlər yaşayır. Vəziyyət elə kritik həddə gəlib çatıb ki, döyüş meydanına köhnə "T-62" tankları dartıb gətirilir. Bütün bunlarla yanaşı, Rusiya ordusunda yüngül atıcı silah və hərbi geyim komplektlərinin də ciddi qıtlığına rast gəlinir.

Ukraynanın "Glavred.info" portalı "Putin bunkerdən çıxmağa hazırlaşır" başlıqlı məqaləsində sözügedən məsələlərə toxunulur.

Həmin məqaləni təqdim edirik: "Bütün analitiklər yekdil fikirdədirlər ki, Putinin raket ehtiyatı sona çatır və o, bundan sonra kütləvi atəş həyata keçirmək imkanına malik olmayacaq. Bunu Ukrayna şəhərlərinə atılan raket sayından da görmək olar. Müharibənin ilk aylarıyla müqayisədə atəş intensivliyi aşağı düşüb.

Digər tərəfdən, hərbi ekspertlər deyirlər ki, sanksiyalar üzündən Rusiya müasir raketlər istehsal edə bilməyəcək və 1960-70-ci illərə aid raket tiplərinin istehsalına keçməyə məcbur qalacaq. Belə raketləri müasir Hava Hücumundan Müdafiə sistemləri daha tez yaxalayır.

"Ramştayn-6" toplantısında Putinin şəhərləri bombalamasına cavab olaraq Ukraynaya müasir HHM sistemləri yollanılması qərara alınıb. Bu o deməkdir ki, Putinin başlıca "kozırı" olan Ukrayna şəhərlərinin raket terroruna məruz qoyulmasının ciddi əhəmiyyəti qalmayacaq və hər şey döyüş meydanında həll edilcək. Bunun üçün Ukraynanın müttəfiqləri onu kütləvi şəkildə yayılım atəş həyata keçirə bilən raket sistemləri ilə təchiz edəcəklər.

Bir maraqlı məqama diqqət edək: müharibədən öncə "Kalaşnikov" konserni öz təşəbbüsü ilə yeni "Ak-12" avtomatı və onun sonrakı modifikasiyalarını işləyib hazırladı. "Kalaşnikov" konserni bu avtomat tüfəng üçün dövlət sifarişi almağa cəhd göstərsə də, Müdafiə Nazirliyinin müsabiqəsindən keçə bilmədi. Yoxlamalar zamanı məlum oldu ki, bu avtomat çox tez sıradan çıxır. Həmin modelin kütləvi istehsalına başlamasalar da, onu bəzi yerlərdə istifadə edənlər söyüşlü ifadələrlə öz narazılıqlarını bildiriblər.

Bu arada Şoyqunun arxa cəbhə generalları öz rəislərinə məruzə edirdilər ki, anbarlarda 15 milyon AKM (Kalaşnikov) avtomatı var və yenisinə heç gərək yoxdur.

Hazırda müharibənin qızğın vaxtında müşahidəçiləri təəccübləndirən odur ki, yeni səfərbər edilənlər cəbhəyə "Ak-12" avtomatı ilə göndərilir. Yəni, Rusiya Müdafiə Nazirliyinin istifadəyə yararsız hesab etdiyi silahlar haradansa peyda olub.

Bəs hanı 15 milyon ədəd köhnə, amma keyfiyyətli AKM-lər? Bütün baş verənləri necə başa düşmək olar?

Hakim "Vahid Rusiya" partiyasından olan deputat, general-leytenant Andrey Qurulev televiziya efirindən soruşur ki, milyon yarım qış geyim komplekti haraya yoxa çıxıb? Axı bu yaxınlara kimi bu geyimlər Rusiya Federasiyası Müdafiə Nazirliyinin anbarlarında idi. Dünənə kimi silah anbarlarında 15 milyon AKM vardı, amma artıq bu gün yoxdu. Bəs onlar hara yoxa çıxıb?...

Biz videoçarxlarda səfərbər edilənlərin əllərində pas atmış avtomatları görürük. Burada söhbət elə miqyasdan gedir ki, təsəvvür etmək, həqiqətən də, çətindir. Necə olur ki, anbarlardan milyonlarla avtomat tüfəngi və geyim komplektləri yoxa çıxır.

Əlbəttə, indi təchizat məsələlərinə baxan rusiyalı generallar və Müdafiə naziri Şoyqu haray salıb qışqırırlar ki, belə şey ola bilməz, bu böhtandır və hər şey qaydasındadır. Əgər hər şey qaydasındadırsa, onda nəyə görə səfərbər edilənlərə yararsız hesab olunan silahlar verilir?

Belə çıxır ki, əgər siz öz əsgərlərinizə bu cür ağac parçası verirsinizsə, deməli, onları kütləvi şəkildə "yem" edirsiniz. Deyilənlərə dünyanın "ikinci ordusunun" cəbhəyə göndərmək üçün 800 ədəd "T-62" tankını modernləşdirməsini də əlavə etsək, onda maraqlı sual meydana çıxır: əgər səfərbər olunanları lazımı səviyyədə silahlandırmaq mümkün deyilsə, onda, görəsən, Putin onları niyə cəbhəyə yollayır?

Demək lazımdır ki, "T-62" tankları hələ 50-ci illərdə konstruksiya edilib və altmışıncı illərdə onun istehsalına başlanılıb. O artıq əlli ildir ki, öz istismar müddətini başa vurub.

Ümumiyyətlə, bütün bunlar hansı anlama gəlir?

Bu o deməkdir ki, cəbhədəki bərabər qüvvələr nisbəti uzun müddət davam edə bilməz. Səfərbər edilənlər cəbhədə döyüşən hərbi birləşmələri doldururlar. Təcrübəli döyüşçülərin "çıxdaş" olmasıyla yanaşı, az-çox qalmış müasir texnikanın da sıradan çıxmasını nəzərə alsaq, onda əminliklə deyə bilərik ki, yenidən formalaşdırılan Putin ordusunun döyüş qabiliyyəti xeyli azalacaq. Həm də Ukrayna Silahlı Qüvvələrinin Rusiya silahlarını üstələyən yeni Qərb silahlarıyla təchizatı davam edəcək.

Putinin səfərbərlik vasitəsi ilə əldə edəcəyi şey yalnız vaxtın uzadılmasıdır. Yəqin ki, vaxtın uzanmasının nə dərəcədə işə yarayacağını yalnız onun özü bilir. Çünki Putin yaxşı şərtlərlə sülh danışıqlarına nail olmağa çalışır. Deyirlər ki, o, artıq bunkerdən çxmağa, hətta "G-20" ölkələrinin İndoneziyada keçiriləcək sammitinə getməyə hazırlaşır. Deməli, bunkerdən çıxan Putin təkcə Astanaya getmir, həmçinin uzaq Baliyə də yollanmağı düşünür...

Bəli, təəssüf ki, müharibə uzanır. Ancaq artıq yekun nəticə də məlumdur: sonda Ukrayna qalib gələcək"./Azpolitika


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 3076   Tarix: 16 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart 2024
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel 2024
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart 2024
.

İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib

İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə İsrailin "Walla" xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri

2 iyun 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel 2024
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel 2024
.

Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində ola

19 fevral 2025