Rusiya iki "fəlakət planı" üzərində işləyir - Kütləvi qırğın silahlarından daha güclü olacaq
Ukrayna prezidenti Volodimir Zelenski cəbhədəki müharibədə qalib gəlmək şansı olmayan Rusiya lideri Vladimir Putinin ölkəsini ayağa qaldırmaq ümidi ilə iki fəlakət ssenarisi üzərində işlədiyini açıqlayıb.
Zelenskinin sözlərinə görə, Rusiyanın üzərində işlədiyi ilk ssenari Avropaya yeni kütləvi miqrasiyanı başlatmaqdır.
İkinci plan isə Dnepr çayı üzərindəki Kahovski bəndini sökərək Ukraynanın cənub rayonlarını su altında saxlamaqdır.
"Rusiya iki fəlakət ssenarisini həyata keçirməyə çalışır. Planlardan birincisi odur ki, oktyabrın 10-dan Ukraynanın infrastrukturunu hədəfə alan düşmən qışın ortasında milyonlarla insanımızı işıqsız, susuz qoymaq, aclıq içində saxlamaq istəyir. O düşünür ki, Avropa ölkələrinə yeni böyük miqrasiyaya təkan verməklə Qərbin Ukraynaya dəstəyini dayandıracaq" - Ukrayna lideri bildirib.
Zelenskinin sözlərinə görə, Kremlin ikinci planı daha dəhşətlidir:
"Cənubda Xerson vilayətində ilişib qalan rus ordusu Dnepr çayı üzərindəki Kahovski bəndini dağıtmağı planlaşdırır. Əgər bombardman nəticəsində bənd divarı uçarsa, bütün Xerson bölgəsi su altında qalacaq. Ruslar böyük fəlakətə səbəb olacaq planı həyata keçirsələr, kütləvi qırğın silahlarından istifadə etməkdən daha böyük bir qırğına imza atmış olacaqlar. Bunu "soyqırım" adlandırmaq daha məqsədəuyğun olardı".
/Musavat
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1657 Tarix: 23 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı
BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların
9 mart 2024İsrail İranın hücumlarına cavab verəcək
İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı
14 aprel 2024KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib
İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios
14 aprel 2024İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib
Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini
17 mart 2024Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu
3 mart 2024