"Dövlət hər zaman öz əsgərinin yanındadır" - Müşfiq Cəfərov
"Ermənistan hakimiyyəti 30 il müddətində özünü dünyaya bir qurban kimi, Azərbaycanı isə təcavüzkar kimi tanıtmışdı. Bu qəlibləşmiş beynəlxalq ictimai rəyi dəyişmək heç də asan başa gəlmədi. Cənab prezident elə müharibənin ən qaynar günlərində diplomatik savaşa başladı. Təbii ki, biz hər iki cəbhənin qalibiyik".
Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Sonxeber.az-a bildirib.
O həmçinin qeyd edib ki, bu gün iki il ötsə də, hər bir şəhid xalqın unudulmaz qəhrəmanına çevrilib. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət və qayğı göstərilir:
"Bu il 8 noyabr - Zəfər Günü ikinci ildir ki qeyd olunacaq. Cari il Zəfər Gününü daha böyük qürur və fəxrlə qeyd edirik. Çünki Zəngilan - Ağalı da doğma sakinlərinə qovuşdu. 30 ilə məhv olan Qarabağ belə qısa müddətə bərpa olundu. Azərbaycan dövləti istər müharibə, istərsə də post müharibə dövründə çox gərgin siyasi gərginliyin arasında qaldı. Biz müharibənin haqq savaşımız olduğunu bütün dünyaya bəyan etsək də, hələ də bu reallıqla barışmaq istəməyənlər var. Həqiqətən çox fərqli geosiyasi coğrafiyada yerləşirik. İki il müddətində bir çox revanşist hücumlar dəf edildi. Xarici ölkələrin diplomatik fəndlərinin qarşısı alındı. Ermənistan hakimiyyəti 30 il müddətində özünü dünyaya bir qurban kimi, Azərbaycanı isə təcavüzkar kimi tanıtmışdı. Bu qəlibləşmiş beynəlxalq ictimai rəyi dəyişmək heç də asan başa gəlmədi. Cənab prezident elə müharibənin ən qaynar günlərində diplomatik savaşa başladı. Təbii ki, biz hər iki cəbhənin qalibiyik. Qələbəni əldə etmək qədər onu əldə saxlamaq da olduqca vacib amildir. Bu gün qələbənin möhkəmləndirilməsi, daimiliyinin təmini üçün dövlətimiz tərəfindən düşünülmüş məqsədli addımlar atılır. Xarici ölkələrlə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıqlar qurulur. Azərbaycan hakimiyyəti 30 il müddətində bütün xarici siyasətini məhz Qarabağın azad olunmasına hədəfləmişdisə, bu gün Qarabağda əməkdaşlığa hədəfləyib.
Təcavüzkar erməni terrorçuları haqq uğrunda savaşan Azərbaycan ordusu qarşısında dura bilmədi və məğlub oldu. Bununla da onların özlərinin də inandığı "Böyük Ermənistan" ordusu mifi puç oldu. Bu həm də Ermənistan ordusu üçün mənəvi məğlubiyyət idi. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərdi, Vətən uğrunda şərəflə vuruşub öz adlarını tarixə Azərbaycan xalqının qəlbinə yazdırıb. Bu gün iki il ötsə də, hər bir şəhid xalqın unudulmaz qəhrəmanına çevrilib.
Həmçinin, Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət və qayğı göstərilir. Dövlət hər zaman öz əsgərinin yanındadır. Hər kəs də bilsin ki, Azərbaycan dövləti daima öz vətəndaşının yanında olacaqdır".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1148 Tarix: 08 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb
27 iyun 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 20214 terrorçu zərərsizləşdirildi
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini
12 sentyabr 2021Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO
Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy
22 avqust 2021Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı
Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar
21 avqust 2021Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı
Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y
3 iyul 2021XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO
Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind
4 iyul 2021Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək
22 avqust 2021