Müharibə dövründə Ağdam istiqamətində olan qoşunlara verilən tapşırıq: "Dayanmadan artilleriya atışları etdik"

Müharibə dövründə Ağdam istiqamətində olan qoşunlara verilən tapşırıq: "Dayanmadan artilleriya atışları etdik""Vətən müharibəsi zamanı bizim işimiz Ağdam istiqamətində düşmənin əsas qüvvələrinin diqqətini öz üzərimizə cəmləşdirərək Ordumuzun digər istiqamətlərdə uğurlu əməliyyatlar aparmasına şərait yaratmaq idi. Bundan başqa, erməni qüvvələrini aldatmaq və qoşunlarımızın digər istiqamətlərdə hücuma keçməsini yüngülləşdirmək tapşırığı almışdıq".

Bunu "Report"un Ağdam rayonuna ezam olunan əməkdaşına müsahibəsində Azərbaycan Ordusunun baş çavuşu Yasin Alıyev deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı cəbhənin üç istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib:

"Top komandiri olaraq, mənim üçün ən uğurlu və yaddaqalan döyüşlər Ağdam istiqamətində oldu. Xüsusi qeyd edim ki, müdafiə döyüşləri artilleriya üçün ən çətin döyüş növüdür. Bizim üzərimizə düşən vacib və dəqiq vəzifə ondan ibarət idi ki, düşmənin birinci müdafiə xəttini sıradan çıxaraq və onların əlavə mövqelərindəki qüvvələrini bura cəlb edək. Çünki qarşı tərəf düşünürdü ki, Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatlara Ağdam istiqamətindən başlayacaq. Ona görə ermənilər ən güclü istehkamlar qurğularını, artilleriya qüvvələrini məhz Ağdam istiqamətinə cəmləmişdilər. Onlar bizim tarixi ərazilərimizdə "Ohanyan səddi" mifi yaratmışdılar".

Y.Alıyev söyləyib ki, işğal dövründə erməni silahlıları yaşayış məntəqələrimizi iriçaplı silahlardan və top mərmilərindən atəşə tuturdular.

Baş çavuş döyüşün ilk gününü belə xatırlayır: "Demək olar ki, dayanmadan artilleriya atışları etdik. Düşmən oktyabrın 5-6-da daha güclü müqavimət göstərdi. İtkilərimiz oldu. Hərbi qulluqçularımız - kapitan Əsəd Həsənov, çavuş Orxan Möhsümzadə, əsgər Nurlan Ağakişiyev şəhidlik zirvəsinə ucaldılar. Onları itirmək məni çox sarsıtdı. Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində düşmən qarşımızda tab gətirə bilmədi. Biz burada müdafiəni güclü şəkildə quraraq ermənilərin üç fərqli vaxtda hücumunun qarşısını aldıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri cəbhənin digər istiqamətlərindən hücuma keçərək torpaqlarımızı işğaldan azad etməyə müvəffəq oldu".

"44 günlük Vətən müharibəsində iştirak etdiyim üçün qürur hissi duyuram", - o vurğulayıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Y.Alıyev "Ağdamın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Azərbaycan Ordusunun giziri Əlizamin Həsənov da Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O söyləyir ki, hazırda azad olunan ərazilər də daxil olmaqla bütün istiqamətlərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur:

"Bir ağdamlı olaraq, çox xoşbəxtəm ki, öz dədə-baba torpağımda xidmət edirəm. Hər bir hərbi qulluqçumuz maddi, mənəvi, tibbi təminat, məişət şəraiti ilə təmin edilir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər planlı şəkildə davam edir", - Ə.Həsənov vurğulayıb.

Hərbçi deyib ki, aparılan islahatlar nəticəsində peşəkar kadrlar yetişir, yüksək dəqiqliklə hədəfi məhv etmə qabiliyyətinə malik müasir silahlar alınır, döyüş hazırlığı səviyyəsi artır və bununla da ordumuz daha da qüdrətlənir:

"Mən bir daha xalqımızı, dövlətimizi əmin etmək istəyirəm ki, bizim torpaqlara bundan sonra yadelli qüvvələrin ayağı dəyməyəcək. Buna imkan verməyəcəyik. Biz bilirdik ki, düşmənə qalib gələcəyik, onları məhv edəcəyik və torpaqlarımızdan uzaqlaşdıracağıq. Bunun üçün də əvvəlcədən şəxsi heyətimizə dövlətə, millətə sevgi, düşmənə isə nifrət hissi oyadılmışdı. Bir daha qeyd edirəm ki, Azərbaycan Ordusu ölkəmizi istənilən xarici təhdidlərdən qorumağa daim hazırdır və qadirdir".

Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Allahşükür Şahbazov da hazırda Ağdam rayonunun "N" saylı hərbi hissəsində xidmət edir. O, Ağdamda şəxsi heyətə yüksək səviyyədə şərait yaradıldığını vurğulayıb: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və sərkərdəlik qabiliyyəti nəticəsində iki il bundan öncə bu gün Azərbaycan Ordusu Ağdam şəhərinə daxil oldu. Mən 10 ildən artıqdır ki, döyüş postunda xidmət edirəm. Bölmə komandiri olaraq torpaqlarımızı yağılardan qorumaqdan böyük sevinc ola bilməz. Ağdamın azadlığından sonra Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətimiz üçün yeni modul tipli yataqxanalar tikildi. Bununla da şəxsi heyətimizin mənəvi-psixoloji vəziyyəti və məişət şəraiti yaxşılaşdırıldı. Ordumuzun şəxsi heyəti Aprel döyüşləri, Tovuz hadisələri, Vətən müharibəsi, "Qisas" əməliyyatı, həmçinin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinə qarşı görülən qətiyyətli cavab tədbirlərində əldə təcrübələrdən, eləcə də müasir döyüş üsul və vasitələrindən istifadə edərək peşəkarlığını daha da təkmilləşdirib".

Zabit xatırladıb ki, Azərbaycan Ordusunda aparılan islahatlar nəticəsində peşəkar kadrlar yetişir, yüksək dəqiqliklə hədəfi məhv etmə qabiliyyətinə malik müasir silahlar alınır, döyüş hazırlığı səviyyəsi artır: "Bununla da Ordumuz daha da qüdrətlənir".

"Göstərdiyim xidmətlərə görə, cənab Ali Baş Komandan tərəfindən, "Ağdamın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşam. Ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması, eləcə də istənilən təxribatın qarşısının alınması istiqamətində qarşıya qoyulan vəzifə borcumuzu yüksək peşəkarlıqla yerinə yetiririk. Azərbaycan Ordusunun hər bir üzvü ölkəmizə qarşı yönəlmiş təcavüzün dəf edilməsi, ərazi bütövlüyümüzün və toxunulmazlığının silahlı müdafiəsinin təmin edilməsi üçün var qüvvə ilə, əzmlə xidmət edir", - A.Şahbazov vurğulayıb.

Qeyd edək ki, bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və Ağdamda bayrağımız ucaldılıb.


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1286   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021