Müdafiə naziri bayram günündə hospitalda müalicə olunan hərbçilərlə görüşüb - FOTO/VİDEO
Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də Baş Klinik Hospitalı ziyarət edib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsinə ehtiram nümayiş etdirilib.
Sonra general-polkovnik Z.Həsənov Baş Klinik Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını və xidmətlərini davam etdirmək üçün hərbi hissələrinə qayıtmalarını arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıran nazir onlara bayram hədiyyələrini təqdim edib.
Daha sonra general-polkovnik Z.Həsənov hospitalın tibb personalı ilə görüşüb, həkimlərimizin xəstə və yaralı hərbi qulluqçuların müalicəsində göstərdikləri xidmətləri müsbət qiymətləndirib.
Qeyd olunub ki, Vətən müharibəsində və digər döyüş əməliyyatlarında hərbi tibb personalı öz vəzifəsinin öhdəsindən layiqincə gələrək yüksək peşəkarlıq nümayiş etdirib, yaralı hərbçilərimizin tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarına nail olub.
Hərbi həkimlər də öz növbəsində, Azərbaycan Ordusunun bütün sahələrinə olduğu kimi, hərbi tibb sahəsinə də göstərilən diqqətə görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.





Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1639 Tarix: 31 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024İsrail İranın hücumlarına cavab verəcək
İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı
14 aprel 2024Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib
İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib
14 aprel 2024Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb
Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha
3 mart 2024Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo
13 may 2024