Qarabağın ermənicə "blokadası": 27 gündə ərzaqla dolu yüzlərlə yük maşınının hərəkəti - İNFORQAFİKA
Artıq 27 gündür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunun Şuşa şəhərinin altından keçən hissəsində azərbaycanlı ekoloqların və ictimaiyyət nümayəndələrinin etiraz aksiyası davam edir.
Azərbaycanlı fəalların etiraz aksiyasının başladığı ilk gündən başlayaraq dünyanın müxtəlif yerlərində məskunlaşmış ermənilər və onlara rəğbət bəsləyənlər süni şəkildə Qarabağın "blokadası" ilə bağlı tezisləri dövriyyəyə buraxıblar.
Azərbaycan tərəfi dəfələrlə Xankəndindəki qeyri-qanuni qruplaşmanın nümayəndələrinin və Ermənistan hakimiyyətinin "blokada" ilə bağlı yalanlarını təkzib edib və Laçın yolu ilə humanitar yük daşıyan avtomobillərin keçidinin açıq olması barədə məlumatı dünya ictimaiyyətinin diqqətinə çatdırıb və vurğulayıb ki, yolun bağlı saxlanılmasından söhbət gedə bilməz.
Bunu özünü Qarabağdakı qanunsuz hərbi birləşməyə "rəhbəri" elan etmiş Vardanyan da təsdiq edib. O açıqlamalarından birində qeyd edib ki, Qarabağda məskunlaşan ermənilər Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ərzaqla təmin edilirlər.
Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci il dekabrın 12-dən azərbaycanlı ekoloqların etiraz aksiyasının keçirildiyi yoldan 5 yanvar 2023-cü il tarixinə qədər 370-ə yaxın müxtəlif təyinatlı avtomobil yolun hər iki istiqaməti üzrə keçid həyata keçirib.Bunlardan 330-u Rusiya sülhməramlı kontingentinə, 31-i avtomobil, o cümlədən təcili yardım maşınları daxil, Beynəlxalq Qızıl Xaç Komitəsinə, 3 təcili yardım maşını isə yerli erməni sakinlərə məxsus olub.
Xüsusilə qeyd edirik ki, etirazçılar yuxarıda sayı qeyd edilən yüzlərlə maşının hərəkətinə heç bir maneə yaratmayıblar.
Nəzərə alsaq ki, Ermənistan tərəfinin iddialarının əksinə olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin sayı 30 min nəfəri ötmür, əminliklə deyə bilərik ki, Xankəndinə doğru hərəkət etmiş yüzlərlə yük maşını bu qədər insanı təmin etmək üçün kifayətdir.
Bu qədər ağır tonnajlı maşınların hərəkəti yaradılmış şərait İrəvanın və Xankəndindəki qanunsuz qurumun nümayəndələrinin Qarabağdakı "blokada" və "etnik təmizləmə" ilə bağlı kinli və isterik bəyanatlarını tamamilə təkzib edir.
Onu da xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib: həqiqətən də humanitar yük daşıyan nəqliyyat vasitələri üçün heç bir məhdudiyyət mövcud deyil.
Yekunda Ermənistan tərəfinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sözləri ilə cavab vermək qalır: "Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi".

Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1365 Tarix: 07 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb
27 iyun 2021Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"
"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ
4 iyul 20214 terrorçu zərərsizləşdirildi
Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini
12 sentyabr 2021Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO
Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy
22 avqust 2021Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı
Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar
21 avqust 2021Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı
Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y
3 iyul 2021XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO
Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind
4 iyul 2021Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək
22 avqust 2021