İsrail təyyarələri Qəzza zolağına hava zərbələri endirib
İsrail döyüş təyyarələri Qəzzada Fələstin silahlı qruplaşmalarına məxsus hərbi bölgəyə hava hücumu təşkil edib.
Sonxeber.az xəbər verir ki, İsrail təyyarələri Qəzzanın mərkəzi hissəsində Fələstin silahlı qruplaşmalarına aid hərbi bölgəyə bir-birinin ardınca hücum edib.
Fələstin Səhiyyə Nazirliyi hücumda ölən və ya yaralananların olub-olmaması ilə bağlı açıqlama verməyib.
Hücum şiddətli partlayışlara və ətrafdakı evlərə ziyan vurub.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları açıqlamasında bildirib ki, hava hücumundan müdafiə qüvvələri səhər saatlarında Qəzza zolağı üzərində yer-hava raketləri və zenit raketləri ilə İsrail təyyarələrinə cavab verib.
İsrail ordusundan verilən açıqlamada Qəzzadan sərhədə yaxın yəhudi yaşayış məntəqələrinə doğru 2 raket atıldığı və bunun hava hücumundan müdafiə sistemi tərəfindən qarşısı alındığı açıqlanıb.
Qeyd edək ki, dünən səhər saatlarında İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olub.
İsrail əsgərlərinin İordan çayının qərb sahilində və Şərqi Qüdsdə açdığı atəş nəticəsində ilin əvvəlindən biri qadın, 5-i uşaq olmaqla ümumilikdə 29 fələstinli ölüb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 939 Tarix: 27 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Parisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrCənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrPakistanda sərnişin qatarı relsdən çıxdı
Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb. xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, qata
13 oktyabrRusiya 1 ayda 50 mindən çox hərbçisini itirib
Rusiya ordusu 2026-cı ilin sentyabrında Ukraynada 50 mindən çox hərbçi itirib. Onlardan 28 mininin öldüyü bildirilir. xəbər verir ki, bu barədə "Bloomberg" NATO-nun yüksək vəzifəli hərbi nümayəndəsinə istinadən məlumat yayıb. NATO rəsmisi bildirib ki, Rusiya komandanlığı hərbçiləri dron v
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabr