İspaniya hökuməti Türkiyənin zəlzələ bölgəsində səyyar xəstəxana quracaq
İspaniya hökuməti Türkiyənin Kahramanmaraş şəhərində zəlzələ qurbanlarına kömək etmək üçün bölgədə bir səyyar xəstəxana quracaq.
Sonxeber.az xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada səyyar xəstəxananın qurulması üçün Türkiyəyə 70 nəfərlik peşəkar heyət göndəriləcəyi bildirilib.
Xarici işlər naziri Jose Manuel Albares Twitter hesabında bildirib ki, səyyar xəstəxanadan əlavə, Milli Səhiyyə Sisteminin qrupları Türkiyədə fəlakət bölgələrinə göndəriləcək və Suriyaya yardım ediləcək.
Nazirlikdən verilən açıqlamada İspaniyanın yardım qrupu 72 saat ərzində dünyanın istənilən yerinə yerləşdirilməyə hazır olduğu, komandada 40-dan çox tibb işçisi, 10-dan çox logistik yardım mütəxəssisi olduğu bildirilib.
İspaniya Müdafiə Nazirliyi, zəlzələdə xilasetmə işlərinə dəstək vermək üçün ümumilikdə 500 dəniz zabitinin olduğu Juan Carlos I və Galicia gəmilərinin dünəndən etibarən Türkiyəyə yola düşdüyünü açıqlayıb.
Türkiyənin Madriddəki səfirliyi də Türk Hava Yollarının dəstəyi ilə zəlzələ bölgələrinə çatdırılmaq üçün paltar, ədyal, çadır və yuxu çantaları kimi yardımların toplanmasına başlanıldığını açıqlayıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1531 Tarix: 07 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrKos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasını
12 oktyabr