Kos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasının iclasının başlamasından əvvəl jurnalistlərə bildirib.
"Avropanın genişlənməsi irəliyə doğru gedir. Biz irəliləyirik. Əgər namizəd ölkələr geriləyirlərsə, onlar yanlış yolla gedirlər və Aİ üzvü ola bilməyəcəklər", - o qeyd edib.
M.Kos vurğulayıb ki, namizəd ölkələr üçün əsas tələblərdən biri təhlükəsizlik, sanksiyalar, energetika və infrastruktur sahəsində Aİ siyasətinə strateji uyğunluqdur: "Biz təhlükəsizliyimizi gücləndirməyəcək yeni üzvləri qəbul etməyə yol verə bilmərik".
Onun sözlərinə görə, yeni üzv dövlətlər Avropa İttifaqını zəiflətməməli, gücləndirməlidirlər.
M.Kos xatırladıb ki, Aİ-yə üzvlük prosesinin son icmalının yekunlarına əsasən, komissiya xüsusi olaraq vurğulayıb: ittifaqın tərkibinə yalnız öz siyasətini onunla strateji cəhətdən uyğunlaşdıran namizədlər daxil ola biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 363 Tarix: 12 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər
16 noyabrGürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 74 əcnəbini ölkədən çıxarıblar. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, əməliyyat nazirliyin müvafiq struktur bölmələr
17 noyabrİsrail Kaya Kallasla birbaşa əlaqəni kəsib
İsrail iyun ayından bəri Aİ diplomatiya rəhbəri Kaya Kallas ilə birbaşa əlaqəni dayandırıb, eyni zamanda digər Aİ rəsmiləri ilə qarşılıqlı əlaqəni davam etdirir. xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saarın sözçüsü "Politico"ya verdiyi açıqlamada deyib. O, əlavə edib ki
18 noyabrKonqoda Ebolaya yoluxanların sayı 11,5 mini keçib
Konqo Demokratik Respublikasında Ebola pandemiyasına yoluxma hallarının sayı 11,5 mini keçib. xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə İnstitutu məlumat verib. Qeyd edilib ki, Ebola epidemiyasının başlanğıcından bəri yoluxanların ümumi sayı 11.504-ə çatıb. Son 24 saat ərzində 72 yeni yoluxm
18 noyabrRusiya müharibəni davam etdirmək üçün tələblərini artırır
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Rusiyanın müharibəni davam etdirmək üçün tələblərinin siyahısını genişləndirdiyini bildirib. xəbər verir ki, Kallas Moskvanın indiki yanaşmasını 2021-ci ildə irəli sürdüyü tələblərlə müqayisə edib. "2021-ci ildə Rusiya müharibəyə başlamaq üçü
16 noyabrGürcüstan Aİ Genişlənmə Forumunda iştirak etməyəcək
Gürcüstan noyabrın 16-da Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) Genişlənmə Forumu və nazirlərin görüşündə iştirak etməyəcək. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, Gürcüstan sözügedən tədbirlərd
16 noyabr