Kahramanmaraşda kişi 141 saatdan sonra dağıntılar altından sağ çıxarılıb
Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı 141 saatdan sonra orta yaşlı kişi dağıntılar altından sağ çıxarıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, şəhər ərazisində yerləşən binaların birinin uçqunlar altında aşkarlanan şəxs sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin hazırda 725 heyət üzvü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1023 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər var
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında sərnişin avtobusu xəndəyə aşıb, ölənlər var. "Report"un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər verib. Mənbələrin məlumatına görə, qəza zamanı avtobusda ikisi uşaq olmaqla 22 sərnişin olub. "Rəsmilə
5 aprelTramp DTN əməkdaşlarının əməkhaqqı borclarının ödənilməsini tapşırıb
ABŞ Prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) əməkdaşlarına qurumun maliyyələşdirilməsinin dayandırılması səbəbindən əldə etmədikləri bütün vəsaitlərin ödənilməsi barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə Ağ Evin sənədlərində deyilir. Amerika lideri nazirliyi
5 aprelİrandan Küveytə hücum: Nazirlik binasına zərbə endirildi
İranın pilotsuz uçuş aparatı Küveytin Maliyyə Nazirliyinin binasına hücum edərək ona ziyan vurub. xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Hücum nəticəsində xəsarət alan yoxdur. Nazirliyin əməkdaşları aprelin 5-də məsafədən işləyəcəklər
5 aprelMaqnus Karlsen onunla selfi çəkdirən şahmatçını anında "SATDI" - VİDEO
Norveçli qrossmeyster Maqnus Karlsen maraqlı hadisə ilə yenidən gündəmə gəlib. xəbər verir ki, turnir öncəsi baş verən olayda Karlsen qazaxıstanlı şahmatçı Alua Nurmanın xahişini geri çevirməyərək onunla birlikdə selfi çəkdirib. Lakin bundan qısa müddət sonra o, hakimə müraciət edərək vəziyyətlə bağl
7 aprelKİV: Müctəba Xamenei ağır vəziyyətdədir və ölkəni idarə edə bilmir
İranın Ali Rəhbəri Müctəba Xamenei huşsuz vəziyyətdədir və hazırda ölkəni idarə etmək iqtidarında deyil. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Amerika və İsrail kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirməyə görə, İranın ali lideri dini şəhər Qumda müalicə alır. Məlumatd
7 aprelİndoneziya BMT sülhməramlıları üçün təhlükəsizlik zəmanəti tələb edib
Rəsmi Cakarta Livanda İndoneziya əsgərlərinin öldürülməsindən sonra bütün BMT sülhməramlılarının təhlükəsizliyini tələb edib. "Report" xəbər verir ki, bu barədə İndoneziya xarici işlər naziri Sugiono danışıb. Nazir vurğulayıb ki, Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrind
5 aprel