Ermənistan Azərbaycan ordusunun mövqelərinə atəş açdığını təkzib edib
Ermənistan və tanınmayan Dağlıq Qarabağ Respublikasının müdafiə nazirlikləri Azərbaycan mövqelərinin atəşə tutulmasını inkar ediblər.
Sonxeber.az Armenpress-ə istinadən xəbər verir ki, Ermənistan və tanınmayan Dağlıq Qarabağ Respublikasının müdafiə nazirlikləri ittihamları rədd edərək bunu dezinformasiya adlandırıblar.
Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, "Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda iddia edilir ki, martın 15-i saat 00:15-dən 02:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Bu, həqiqətə uyğun deyil",- deyə bəyanatda bildirilir.
Qeyd edək ki Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutduğunu açıqlayıb.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1460 Tarix: 15 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub. "Report" xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayo
13 may 2024İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı
14 aprel 2024İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində qətlə yetirilən soydaşlarımızın sayı açıqlanıb. "Qafqazinfo"nun məlumatına görə, bu barədə bu gün Bakıda seperatçıların keçirilən məhkəməsində məlumat verilib. Qeyd olunub ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 35
18 fevral 2025KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib
İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios
14 aprel 2024İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO
SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord
14 aprel 2024Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024İranın İsrailə hava hücumu nəticəsində yeddi yaşlı uşaq ölüb
İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub. "Report" xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin "TASS"a açıqlamasında deyib. "Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib"
14 aprel 2024