İsrail fələstinlilərin cümə namazından əvvəl Qüdsə daxil olmasını məhdudlaşdırır

İsrail fələstinlilərin cümə namazından əvvəl Qüdsə daxil olmasını məhdudlaşdırırİsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindən Qüdsə doğru Məscidül-Əqsada Ramazan ayının ikinci cümə namazını qılmaq istəyən çoxlu sayda fələstinlinin qarşısını alıb.
Sonxeber.az xəbər verir ki, İordan çayının qərb sahilindən Şərqi Qüdsə gedən keçidlərdəki keçid məntəqələrinə əlavə qüvvələr göndərən İsrail əsgərləri, şəxsiyyət yoxlaması etdikləri bəzi fələstinlilərin keçidinə icazə verməyib.

Şərqi Qüdsün cənubundakı "300" adlı keçid məntəqəsi ilə şimaldakı Qallendiya keçid məntəqəsindən keçmək istəyən fələstinlilər izdiham yaradıb.

AA müxbirinə danışan fələstinli Rana Davud İsrail qüvvələrinin təhlükəsizlik baxımından Qüdsə Qallendiya keçid məntəqəsindən keçməsinə icazə vermədiyini bildirib.

Davud Ramazan ayının əvvəlində qəbul etdiyi qərarda İsrailin bütün qadınların Qüdsə keçməsinə icazə verdiyinə, lakin meydanda böyük məhdudiyyətlər olduğuna diqqət çəkib.

Fələstinli ana Eman Hüseyn isə oğullarından birinin İsrail həbsxanasında saxlandığını və işğalçıların təhlükəsizlik bəhanəsi ilə Qüds şəhərinə girməsinə icazə vermədiyini bildirib.

İsrail qüvvələrinin qərarını qınayan Hüseyn, "Bir fələstinlinin Qüdsə girib Məscidül-Əqsada namaz qılmasına mane olmağa nə haqqı var?" deyib.

Ötən həftə İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindən Qüdsə doğru Məscidül-Əqsada Ramazan ayının ilk cümə namazını qılmaq istəyən çoxlu sayda fələstinlinin qarşısını alıb.

İsrail martın 20-də aldığı qərarla fələstinlilərə Ramazan ayında Məscidül-Əqsada cümə namazına qatılmaq üçün yaş məhdudiyyəti qoyub.

Bu çərçivədə işğal altındakı İordan çayının qərb sahilində yaşayan 12-45 yaş arası fələstinli kişilərin Ramazan ayında cümə namazı üçün Əqsaya girişi qadağan edilib, 45-55 yaş arası kişilər üçün isə xüsusi icazə tələb edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1014   Tarix: 31 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr
.

Stiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?

Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin

9 oktyabr
.

İstanbulda bina çökdü: saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda çökən 7 mərtəbəli binanın memarı və tikinti sahəsinin rəhbəri saxlanılıb. xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, binanın ilk üç mərtəbəsinin çökməsi nəticəsində 2 nəfər ölüb, xilasetmə qrupları isə dağıntılar altında qala

8 oktyabr
.

Ukraynanın Zaporojye bölgəsinə Rusiyanın hücumu nəticəsində yeddi nəfər həlak olub, qubernator bildirib

Xilasedicilər dağıntılar altında daha çox insan axtararkən, vilayət qubernatoru şənbə günü səhər Rusiyanın Ukraynanın cənubundakı Zaporojye şəhərinə hücumu nəticəsində yeddi nəfərin öldüyünü bildirib. Reuters-ə istinadən xəbər verir ki, qubernator Mixaylo Semikinin sözlərinə görə, şənbə günü səhər saatlarınd

10 oktyabr
.

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk

Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib. "Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığ

8 oktyabr
.

Tramp: "Tayson döyüşmək istəmədiyim yeganə şəxsdir" - Video

ABŞ Prezidenti Tramp Sirakusdakı mitinqi zamanı boks əfsanəsi Mayk Taysonu səhnəyə dəvət edib və daha sonra zarafatla bildirib ki, bu, onun qətiyyən döyüşmək istəmədiyi yeganə şəxsdir. Bu barədə "Fox News"a istinadən xəbər verir. Keçmiş ağır çəki üzrə çempionun rinqdə rəqibləri üzərində nec

10 oktyabr
.

Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb

Hindistan Seçki Komissiyası rəhbərinin istefası tələbi ilə keçiriləcək aksiya ərəfəsində "Cockroach" ("Tarakan") gənclər hərəkatının lideri Abxicit Dipke Dehli hava limanında saxlanılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, saxlanılma barədə məlumatı hərəkatı

10 oktyabr
.

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu

10 oktyabr
.

SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR

Pakistan Səudiyyə Ərəbistanının Yəməndəki husilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara rəsmən qoşulub. xəbər verir ki, bu barədə "The New York Times" nəşri yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Pakistan Silahlı Qüvvələrinin yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ölkənin hərb

8 oktyabr