SƏNGƏR XATİRƏSİ: Şəhid polkovnikə əsgərimiz hansı cavabı verib?
Şanlı Aprel döyüşlərinin simalarından biri idi Şükür Həmidov. O, düşmənin təxribat törətdiyi ön xətt briqadasının komandiri vəzifəsində xidmət edirdi. Lələtəpə ətrafında gedən döyüşlərə komandir kimi qatılmışdı. Məhz Lələtəpə yüksəkliyi və ətraf ərazilər azad edildikdən sonra Ali Baş Komandan onu Milli Qəhrəman adına layiq görmüşdü. Dostcanlı, çalışqan və ən əsası Vətənpərvər olan zabitimizlə tez-tez görüşürdüm. Onların birində Aprel döyüşlərindən söhbət düşdü.
Bizim.Media xəbər verir ki, polkovnik Həmidov həmin döyüşdə Azərbaycan əsgərinin vətənpərvərliyini daha qabarıq şəkildə diqqətə çatdırdı:
"Yeni azad edilən ərazilərdə heç bir şərait yoxuydu. Hava şəraitinə görə əsgərlərin hamısı səngərdə islanmışdı. Qərar verdim ki, əsgərlər növbəli şəkildə arxaya gedib orada həm yuyunub paltarlarını dəyişsinlər, həm də istirahət etsinlər. Qaranlıq idi. Postda suyun içində, əlində silah, özü də titrəyən çəlimsiz əsgərə yaxınlaşıb: "Əsgər bala, arxaya əvvəlki bölməmizə gedib paltarlarınızı qurudub gəlin, sizi əvəz edəcəklər" dedim.
Əsgər susdu və tərpənmədi. Sonra bir də qolundan tutub deyəndə o mənə tərəf dönüb:
"Komandir, bura qardaşlarımızın qanı bahasına gəlmişik, mənə geriyə yox, irəli əmri verin" dedi. Əsgəri bağrıma basdım, həmin ana qədər elə bilirdim ki, bizimlə döyüşən düşmən çox zəifdir, sən demə elə deyilmiş. Əsgərimiz çox güclüymüş".
Milli Qəhrəman, şəhid polkovnik Şükür Həmidov aramızda olsaydı, yenə bir əsgərinin qəhrəmanlığından danışardı. Aprel döyüşlərinin qələbə ilə sonlanmasında haqq sahibi olan zabitimiz 44 günlük Vətən müharibəsində şəhid oldu. Ehtiramla anırıq! /Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1044 Tarix: 02 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabrAzərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb
İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd
17 mart 2024Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli
9 aprel 2024Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb
Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"
3 mart 2024Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı
BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların
9 mart 2024