Öcal Oğuz: "İkinci Qarabağ müharibəsi işğala və haqsızlığa qarşı azadlıq və ədalət mübarizəsidir"
"Şuşaya gələrkən yol boyu gördüklərim məni çox kədərləndirdi. Şəhərlər, kəndlər, memarlıq abidələri dağıdılıb. Belə bir vandalizm bəşəriyyətin inkişafına zərər verən hərəkətlərdir".
Bunu Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri Öcal Oğuz deyib.
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının Şuşa şəhərində keçirilən bağlanış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıran Ö.Oğuz vurğulayıb ki, Ermənistan uzun illər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib, Azərbaycanın BMT səviyyəsində tanınan ərazi bütövlüyünü pozub və ermənilər 30 il işğal siyasəti həyata keçiriblər:
"Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları tamamilə əsassızdır. Azərbaycan uzun illər keçmiş Dağlıq Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin bunun heç bir nəticəsi olmadı. Ona görə də Azərbaycan Ordusu və bütövlükdə xalq Prezident İlham Əliyevin liderliyi ilə 2020-ci ilin payızında torpaqlarının azadlığı uğrunda mübarizəyə başladı və zəfər qazandı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə böyük dəstək verdi. İkinci Qarabağ müharibəsi haqsızlığa, BMT-nin Nizamnaməsinə, qətnamələrinə əməl etməyən Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan azadlıq və ədalət mübarizəsidir. İşğalçılara qarşı müharibə uğurla nəticələnib və sülhə xidmət edən addımdır".
Ö.Oğuz söyləyib ki, Azərbaycanın zəfəri BMT-nin Nizamnaməsinə və UNESCO-nun təməl prinsiplərinə uyğundur.
O, işğaldan azad olunan ərazilərə Böyük qayıdışın başlaması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyənin UNESCO üzrə Milli Komissiyasının rəhbəri bildirib ki, regionda tez bir zamanda sülhün və əmin-amanlığın təmin edilməsi vacibdir: "Hər bir dövlət öz ərazilərində xalqının rifahını yaxşılaşdırmaq üçün çalışmalıdır. Belə bir prosesin başlaması həm UNESCO-nun sülh istəyinə, həm də biz türklərin mədəni dəyərlərinə uyğundur. Təbii ki, sülh istəyiriksə müharibəyə də hazır olmayaq. Biz o qədər də aciz deyilik, hər zaman döyüşə hazırıq. Lakin bizim istəyimiz dünyada uzunmüddətli sülhün əldə olunması və bunun davam etməsidir. Şuşada 200 tarixi abidənin təhrif olunmasını pisləyirik, onlardan 10-a yaxının bərpa edilməsini alqışlayırıq. İnanırıq ki, bu istiqamətdə görülən işlər mütəmadi şəkildə davam edəcək".
Report.az
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1679 Tarix: 08 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib
Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-
19 iyun 2024İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik
İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə
14 aprel 2024SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək
14 aprel 2024İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprel 2024Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb
Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha
3 mart 2024İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ
İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu
14 aprel 2024SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...
"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə
14 aprel 2024Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabr