Azərbaycanda ət kəskin bahalaşacaq - Səbəb nədir?
Bu ilin 3 ayında ölkəmizə ət idxalı 24 faiz artıb. Bu son illərdə qeydə alınan ən böyük artım tempidir.
Bu isə ölkəmizin ərzaq təhlükəsizliyi üçün ciddi təhdiddir. Nəzərə alaq ki, Azərbaycan aqrar ölkədir. Aqrar ölkənin zəruri ərzaq ehtiyacının 24 faizi idxal hesabına ödənilirsə, bu artıq nələrinsə yolunda getmədiyinin göstəricisidir. Və bu barədə ciddi düşünməyə və tədbirlər görməyə əsas yaradır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə heyvandarlıq sahəsində çox ciddi problemlər var:
"Son 7-8 ildə pambıqçılığın inkişaf etdirilməsi məqsədi ilə örüş yerləri əkin dövriyyəsinə qatıldı. Beləcə, heyvandarlığın arealı daralır. Areal daraldıqca istehsal aşağı düşür. İstehsal aşağı düşdükcə qiymətlər artır. Üstəgəl, idxal çoxalır.
Dediyimiz səbəblər üzündən Azərbaycanda heyvandarlıq sektoru ilbəil geri gedir. Yerli istehsal azaldıqca təbii ki, ehtiyaclar idxal hesabına ödənilir. Bu isə yaxşı hal deyil".
Akif Nəsirli idxal edilən ətin keyfiyyətcə yerli məhsulları əvəz edə bilmədiyini də vurğulayıb:
"Biz çox nadir hallarda mağazalarda xarici ət satıldığını görürük. İdxal edilən ət, əsasən, qapalı təşkilatların və digər dövlət müəssisələrinin ehtiyacları üçün istifadə edilir. İdxal nə qədər çox olsa da, bu yerli ehtiyacları tam ödəyə bilmir. Əhali daha çox yerli heyvandarlıq məhsulları istehlak edirlər. Ona görə də qiymətlər günbəgün artır.
Quzu ətinin kiloqramı artıq 18 manatdır. Yaxın vaxtlarda bazara yerli kənd təsərrüfatı məhsulları çıxacaq. Bu ətə olan tələbatı bir qədər azaldacaq. Ona görə də payıza qədər ətin qiyməti sabit qalacaq. Amma payızda ətin qiyməti kəskin qalxacaq.
Bu bahalaşmanın qarşısını almaq üçün heyvandarlığın inkişafına şərait yaratmalıyıq. Pambıqçılığa və digər əkinlərə görə heyvandarlığı riskə atmaq olmaz. Çünki, pambıqdan fərqli olaraq heyvandarlıq ölkənin ərzaq təhlükəsizliyində mühüm yer tutur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrBrent neftinin qiyməti bir qədər aşağı düşdü
Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3
10 sentyabrAzərbaycanda pul bazası 15 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb
7 sentyabrAzərbaycan nefti ucuzlaşıb
"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub
17 sentyabrBritaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl
21 sentyabrAzərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrPrezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr
7 sentyabrİranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər
11 sentyabrÇində 42 min nəfər təxliyə edilib
Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl
14 sentyabr