"Ailə qəbirstanlığımız yoxdur, atam fəxri xiyabanda, anamsa Yasamalda dəfn olunub..."
"Ailə qəbirstanlığımız yoxdur, atam fəxri xiyabanda, anamsa Yasamalda dəfn olunub..."
Xəbər verildiyi kimi, xalq artisti Siyavuş Aslanın küçələrdə gecələyən və səfil həyatı yaşayan oğlu Çingiz dünyasını dəyişib. Məlumatda o da bildirilir ki, mərhumun nəşi Sabunçu rayonundakı Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyindədir. Artıq TƏBİB də Çingiz Aslanın ölümü ilə bağlı rəsmi məlumat yayıb. Çingizin harada dəfn olunacağını soruşmaq üçün qardaşı Eldar Aslanla əlaqə saxladıq.
Siyavuş Aslanın kiçik oğlu Moderator.az-a bunları bildirib.
"Vallah xəbərim yoxdur. Ailəsi olaraq xəbər versəydilər bilərdik. Deyirlər ki, 5 gündür dünyasını dəyişib, nə əcəb bu 5 gündə sosial şəbəkələrdə yayılmadı? Kimsə mənə zəng etmədi? Bizim ailə qəbirstanlığımız yoxdur. Atamı fəxri xiyabanda dəfn ediblər, anamı isə Yasamal qəbirstanlığında. Anamın yanında da yer yoxdur. Səhər açılar, hər şey aydın olar. Onsuz da bu yolu götürmüşdü, ona doğru gedirdi. Başqa cür olması mümkün deyildi. Bu insan 60 yaşında da pis vərdişlərindən əl çəkmədi" deyə sənətkarın övladı bildirib.
Eldar Aslan qardaşı ilə münasibətinin heç vaxt yaxşı olmadığını bildirib.
"Əslində böyük qardaş o idi. Böyük qardaş atanın yarısı deməkdir. Mən əlimdən gələni edirdim. Amma o heç nə etmirdi. Mənim onunla aramda qardaşlıq olmayıb. Barmaqla sayaram ki, mən bu insanı neçə dəfə görmüşəm. Həyatının 20 ilini həbsxanada yatıb. Evdə də tapılmırdı. Ondan qayğı görməmişəm. Əvvəldən aramızda soyuqluq var idi. Atam da heç sağlığında qoymurdu ki, onunla oturub-durum. Deyirdi ki, "nə badə həbsxanaya yanına gedəsən". Bir-iki dəfə atamla getmişdim. Bir atanın övladıyıq. Bir qardaş kimi boynuma nə düşürsə, onuda etməliyəm" deyə Eldar Aslan deyib.
Eldar Aslan deyib ki, hazırda işsizdir.
"2019-cu ildə pandemiya olandan Moskvadan aralanıb, Bakıya gəldim. İşimi itirdim. İndiyə qədər iş-güc tapa bilmirəm ki, kirayə pulumu verə bilim. Var-dövlət istəmirəm, normal həyat sürmək istəyirəm. Savadıma, təcrübəmə uyğun işistərdim. Yaşımın çox olduğunu bilib işə götürmürlər" deyə Eldar Aslan deyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Gündə minimum addım sayı təyin edildi
Qızılın qiymətində yeni göstəricilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq
Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR