Ətdən ucuz "mal əti" kolbasaları

Ətdən ucuz "mal əti" kolbasalarıQiymətlər də keyfiyyəti müəyyənləşdirmək üçün bir göstəricidir. Aldığımız kolbasaların tərkibindəki ətin miqdarı, keyfiyyəti ilə qiymətinin nə dərəcədə uyğunluq təşkil edib-etmədiyi maraqlıdır.

"Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb". Bu cümlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsi ilə bağlı açıqlamasında bir neçə kolbasa və sosiska məhsulunun qarşısında yazılmışdı. Yaxud belə qeyd var idi: "Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb".

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Sırf kolbasaları götürsək, onsuz da bizdə aldığımız kolbasaların tərkibi ilə bağlı narahatlıq, suallar hər zaman var. Ancaq bu açıqlamadan sonra həm də belə sual yaranır: Biz necə bilək ki, aldığımız məhsul keyfiyyətlidir? Adətən, bu tipli müzakirələrdə bildirilir ki, bazarda sümüklü mal ətinin kiloqramı 15 manatdır. Kolbasa isə 9 manatdırsa, tərkibindəki necə ət ola bilər? Əslində, məntiqli yanaşmadır. Ancaq mütəxəssislərdən də soruşaq. Hansı qiymətə kolbasa alsaq, tərkibindəki ətin keyfiyyəti sual altında qalacaq? Ümumiyyətlə, kolbasaların keyfiyyətlisini necə seçək?

"Bir kiloqramını 25 manata verirəm"

Fərdi şəkildə kolbasa istehsalı ilə məşğul olan Əhmədağa Rəhimov mal əti kolbasasının 1 kiloqramını 25 manata satır. O, bu qiymətin necə yaranmasını izah etdi: "Siz satışda ətin kiloqramını 15 manata alırsınızsa, biz rayonda topdan 10-11 manata ala bilirik. Ancaq sümükləri və kolbasaya yararsız hissələri çıxandan sonra ətin qiyməti bizə 13-14 manata başa gəlir. Sonra ədviyyatlar vurursan. Ədviyyatın bir kiloqramı 25 dollardır. 20-30 kiloqram ətə 1 kiloqram ədviyyat vurulur. Hər 1 kiloqram ətə 1 manat da bunun pulunu əlavə edək. Kolbasanın qabığı var. O da çox ucuz deyil. Bişirilmə, saxlanma, işçi və s. xərcləri var. Bunların hamısı toplandıqda, kolbasanın kiloqramını mən 25 manata verirəm. Kiloqramında 5-8 manat qazanc əldə etmək olur".

Qiymətlər keyfiyyət haqqında nə deyir?

İstehsal meneceri Sayat Quliyeva deyir ki, kolbasa istehsalında ölkəmizin regionlarında yetişdirilib xüsusi kəsim məntəqlərində kəsilən, qiyməti 13-17 manat olan ətlərdən istifadə olunmur: "Hazırda kolbasa məhsullarında istifadə edilən ət, sümükdən ayrılmış, dondurulmuş şəkildə Hindistan, Malayziya kimi ölkələrdən idxal olunur. Kiçik zirzəmi istehsal sahələrini nəzərdə tutmuram".

S.Quliyeva bazardakı qiymətlərlə keyfiyyətli kolbasaların qiyməti arasında fərqi də bildirdi: "Normativlərə uyğun 1 kiloqram kolbasanın 80 faizini ət təşkil etməlidir. Düzgün resept üzrə keyfiyyətli kolbasa istehsal olunarsa, 1 kiloqram kolbasanın qiyməti 14-20 manat aralığında, hətta digər xərclər də nəzərə alınsa, daha yüksək olmalıdır. Ancaq fərqli satış məntəqələrinə baxışım deyir ki, yerli kolbasa məhsullarının 1 kiloqramının qiyməti 5-12 manat aralığındadır. Halal kolbasaların qiyməti isə 11-15 manatdır. Ölkəmizə idxal olunan, xüsusilə də Rusiya istehsalı kolbasaların qiyməti isə 8-13 manatdan başlayır. Yaxud hindi quşu və mal əti qarışıq kolbasalar var. Onların bir kiloqramının qiyməti 13 -18 manat aralığında olmalıdır. Tamamilə hindi quşu ətidirsə, daha baha olacaq".

Keyfiyyətli kolbasanın rəngi...

S.Quliyevanın sözlərinə görə, məhsulun maya dəyərinin aşağı olması, bazarda rəqabətliliyin davamlılığı məqsədilə qırmızı ət miqdarı azaldıb əvəzinə ağ ət, soya, bitki yağlarıyla hazırlanan piy-yağ əvəzləyicisindən istifadə edilir: "Bununla yanaşı, bəzi istehsalçılar reseptlərə müdaxilə edərək kolbasalara toyuq dərisi, süd tozu, nişasta, un qatırlar. Hisə verilmiş kolbasalarda hisə vermə prosesindəki xərclərin azaldılması məqsədilə süni hiss dadlandırıcıları və rənglərdən istifadə edilir".

S.Quliyeva qeyd etdi ki, keyfiyyətli kolbasanın rəngi tünd qəhvəyi rəng çalarlarında olmalıdır: "Lakin hazırda məhsullara nəzər yetirsək, kolbasa və sosilərin rəngi qırmızı, çəhrayı rənglərindədir".

Qiymət baha, alıcı az

Qida mütəxəssisi Fərid Səfərov deyir ki, kolbasa və sosiska istehsalında istifadə edilən ət saf olmalı, arasına təzə olmayan, vaxtı keçmiş və qeyri-sağlam ət qarışdırılmamalıdır. Ancaq keyfiyyətli ətdən əldə olunan kolbasanın qiyməti istifadə edildiyi ət növünün - mal, toyuq və hinduşka əti - qiymətindən baha olur. Yəni mal əti kolbasasının 1 kiloqramının qiyməti mal ətinin 1 kiloqramının qiymətindən yüksək olmalıdır, nəinki ucuz.

F.Səfərov bildirdi ki, yüksək keyfiyyətli ətdən 100 faiz reseptə uyğun kolbasa hazırlanarsa, onda qiymət baha olur, alıcı isə az. Bu səbəbdən istehsalçılar maya dəyərini aşağı salmaq üçün müxtəlif üsullardan istifadə edirlər: "Ucuz variantlardan istifadə edərək, standartlara və gigiyena qaydalarına uyğun olmayan, daha aşağı qiymətə başa gələn məhsulları bazara çıxararaq insanların sağlamlığı ilə "oynayanlar" çoxdur".

Ətin miqdarı çox olan kolbasanı qızardanda...

F.Səfərov aldığımız kolbasanın tərkibində ətin miqdarını ev şəraitində yoxlamaq üçün bir məsləhət də verdi: "Tərkibində ətin miqdarı çox olan kolbasanı tavada qızardanda dilimlər yığılır, yumrulanır, ancaq tərkibində soya istifadə olunmuş daha ucuz və keyfiyyətsiz kolbasa tavaya yapışır.

F.Səfərov sonda bildirdi ki, bu cür qidaları tamamilə qida rasionundan çıxarmaq məsləhətdir. Çünki Ümumdünya Səhiyyə Təşkilatı kolbasa, sosiska kimi emal olunmuş ət məhsullarını siqaretlə eyni səviyyədə 1-ci kateqoriya kansoregen elan edib.

Qısası, keyfiyyətlisi belə ziyanlıdırsa, keyfiyyətsizinin təsirləri artıq qat-qat çox olacaq.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2332   Tarix: 07 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr