İlham Əliyevin yüksək vəzifə verdiyi Fərid Cəfərov kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Fərid Cəfərovu Azərbaycan mədəniyyət nazirinin müavini təyin edib.
Fərid Cəfərov 6 iyun 1982-ci il tarixində Mingəçevir şəhərində anadan olub.
O, 1999-cu ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) daxil olub. 2003-cü ildə bakalavr təhsilini yekunlaşdırıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə (beynəlxalq hüquq ixtisası üzrə) magistr pilləsi üzrə təhsil alıb.
2006-cı il oktyabr ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin referenti vəzifəsinə təyin olunub.
2007-ci ildə Xarici İşlər Nazirliyinə işə qəbul ilə əlaqədar keçirilmiş test imtahanlarından müvəfəqiyyətlə keçərək, Azərbaycan Diplomatik Akademiyasında kurslarda iştirak edib.
2008-ci ilin yanvar ayında XİN-in attaşesi, eyni ilin oktyabr ayında isə AR-in BMT yanında Daimi Nümayəndəliyinin (Nyu York şəhəri) attaşesi vəzifəsinə təyin olunub.
2014-cü ilin yanvar ayında Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin II katibi vəzifəsinə təyin olunub.
2014-cü ilin oktyabr ayında Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin aparıcı mütəxəssisi, 2016-cı ilin iyun ayında isə baş mütəxəssisi vəzifəsinə təyin olunub.
2017-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 13 mart-2018-ci il 3783 № li sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bakı Kart" kartlarının qiyməti dəyişdirilir
İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzind
9 iyunQızıl və gümüş UCUZLAŞDI
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,44% azalaraq 4,556.4 ABŞ dollarına bərabər olub. COMEX-d
23 mayWUF13-də neçə sərnişin daşınıb?
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində "Neoplan" markalı və elektrikli avtobuslarla 179 00-ə yaxın sərnişin daşınıb. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, WUF13 çərçivəsində ümumilikdə 9 HUB,
23 mayQlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb
Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub
20 iyunAzərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb
Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 631,8 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən il mayın 1-nə nisbətən isə 9,1 % çoxdur. Kredit qoyuluşunu
30 mayRuslan Quliyev dəfn olundu
Dünən qəfil vəfat edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, "Milenium Konqres Turizm" şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev bu gün dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, mərhumun dostlar
9 iyun