Naxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb

Naxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıbNaxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində tətbiq edilən yeni vergi inzibatçılığı çərçivəsində sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb.

Bu barədə Naxçıvan Vergi xidmətindən bildirilib.

Uçot məlumatlarının dürüstləşdirilməsi vergi orqanlarının nəzarət dairəsinə daxil olan ərazilərdə sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması üçün müvafiq ərizə və ya vergiyə cəlb edilən əməliyyatların olmaması barədə arayış və ya bəyannamə təqdim edən vergi ödəyicilərində və bütün təsərrüfat subyektlərində (obyektlərində) həyata keçiriləcək.

Proses vergi əməkdaşlarının vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) olan ünvanlara getməklə fərdi müşahidələr, onların təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında reallaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün fəaliyyət göstərən və uçotda olan vergi ödəyicilərinin elektron poçt qutularına bildirişlər göndərilib, həmin bildirişlərdə qeyd edilən məqamlar öz əksini tapıb.

Dürüstləşdirilmə uçot məlumatlarında olan uyğunsuzluqların və müşahidə zamanı aşkar edilmiş kənarlaşmaların vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla könüllü olaraq aradan qaldırılmasına yardım məqsədi daşıyır. Vergi əməkdaşlarına vergi ödəyicilərinə qarşı xüsusi bir tədbir həyata keçirmək, yəni maliyyə sanksiyaları, cərimələr tətbiq etmək və digər məsuliyyət tədbirləri görmək səlahiyyətləri verilməyib.

Vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) uçot məlumatlarının dürüstləşdirilməsi işlərinin 2023-cü il avqustun 1-dək başa çatdırılması nəzərdə tutulur.

Report.az


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1465   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyn

11 noyabr
.

Azərbaycanda qızıl bahalaşdı, yoxsa ucuzlaşdı?

Azərbaycanda 2026-cı il 2 noyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6 796.43 manat, 1 qram qızılın baza qiyməti isə 218.51 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə dəyişir. Belə ki, 99 əyyar (Təmiz qızıl) - 218.51 manat

2 noyabr
.

Hesablama Palatasının xərclər smetası 25 %-ə yaxın artırılır

Hesablama Palatasının 2027-cı il üçün xərclər smetası 14 milyon 275 min 962 manat təşkil edəcək. "Report"un məlumatına görə, bu, 2026-cı illə müqayisədə 24,6 % çoxdur. Palata gələn il təkcə əməyin ödənişinə 12 milyon 889 min 193 manat yönəldəcək ki, bu da bu ilə nisbətən 30 % çoxdur. Hesablam

16 noyabr
.

Qızılın qiyməti son bir ilin minimumuna düşdü

Dünya bazarında qızılın qiyməti 2025-ci il oktyabrın 2-dən bəri ilk dəfə 3 850 dollar həddindən aşağı enib. bu barədə ticarət platformasının məlumatlarına istinadən məlumat verir. Bildirilib ki, "Comex" birjasında 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti 1,15 fai

16 noyabr
.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 91,55 dollara düşdü

Neft qiymətləri əvvəlki gün yüksəlişdən sonra cümə axşamı səhəri düşür. xəbər verir ki, Londondakı ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,21 dollar və ya 1,3 faiz azalaraq bir barel üçün 91,55 dollara düşüb. Çərşənbə günü Brent markalı neftin qiyməti 1,2

12 noyabr
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

15 noyabr
.

Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır

Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək. xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir. Qeyd olunur ki, ölkənin ümumi istixan

10 noyabr
.

Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA

Azərbaycanda siqaretin qiymətinin yenidən artması ehtimalı gündəmdədir. Belə ki, 13 noyabr 2026-cı il tarixli qərarla idxal olunan siqaret, siqar və siqarillalara tətbiq edilən gömrük rüsumunun 2030-cu ilin sonunadək 15 faiz, lakin hər 100 ədəd üçün 3 ABŞ dollarından az olmaması müəyyən edilib. Bunda

17 noyabr