Lirə nə vaxta qədər ucuzlaşacaq?
"Nə qədər ki, Türkiyənin iqtisadi siyasətində heterodoks (qeyri-ortodoks) siyasət yürütməsi davam edəcək, o müddət ərzində ölkədəki iqtisadi təlatümlər müşahidə ediləcəkdir. Dünyada belə təcrübələr var ki, hiperinflyasiya dövrlərində heterodoks iqtisadi siyasət aparılır. Amma indiyə qədər ortodoks yanaşmadan tam ayrılaraq tətbiq edilən heterodoks siyasətin davamlı uğur qazanması mumkun olmamışdır. Buna görə də hesab edirəm ki, Türkiyə hökümətinin iqtisadi siyasətlərində "U" dönüşu olmadığı müddətcə ölkədə kəskin valyuta böhranı riski artacaqdır.
Hazırda bu vəziyyət lirəyə satış böhranı yaşadır. Bu böhranda isə Türkiyəni tərk etməyə çalışan kapitalın rolu getdikcə böyüyəcəkdir. Eyni zamanda böyük xarici öhdəlikləri olan türk şirkətləri artan dövriyyə riski ilə üzləşəcəklər. Ona görə də iqtisadi siyasət istiqamətində dəyişiklik edilmədən Türkiyə daha sərt kapital nəzarəti ehtimalının artması ilə daha ekstremal tədiyyə balansı böhranına doğru gedir".
Bu sözləri Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, Türkiyənin tədiyyə balansı və xarici buferlər üzərində kəskin təzyiqləri qismən azaltmaq üçün birbaşa kreditləşdirmə, valyuta mübadiləsi və enerji ticarəti sazişləri şəklində daha çox ikitərəfli və əsasən qeyd-şərtsiz xarici dəstəyə ehtiyacı vardır. Sözsüz ki, bu məsələdə Azərbaycan ən yaxşı tərəfdaşlardan biridir.
"Bir müddət öncə qeyd etdiyim kimi, Türkiyə iqtisadiyyatının bu təlatümlü vəziyyətdən çıxması və genişləndirilməsi üçün həm də bir sıra geniş imkanları vardı. Bu imkanlar haqqında əvvəlki yazıda toxunduğum üçün təkrar lüzum görmürəm. Sadəcə hazırda ilk öncə Nazirlər Kabinetinin tərkibinin müəyyənləşdirilməsinə, iqtisadi idarəçiliyə gətiriləcək insanların elan edilməsinə və iqtisadi perspektivlə bağlı yeni yol xəritəsinin təqdim edilməsinə ehtiyac vardır".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Üzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrAzərbaycanda pul bazası 15 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb
7 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrÇindən Azərbaycana turist axını 5 % artıb
2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını
10 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabrAzərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə
10 sentyabrAzərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu
15 sentyabrBrent neftinin qiyməti bir qədər aşağı düşdü
Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3
10 sentyabr