Pensiyalar nə vaxt artacaq? – Ekspertlərdən FƏRQLİ RƏYLƏR
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bu gün mətbuata açıqlamasında, sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldırıla biləcəkləri ilə bağlı məlumat verib.
Nazir müavini, hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 465 manat olduğunu da qeyd edib.
"35 manatlıq artım insanlara elə də böyük təsir etməyəcək"
Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan "İqtisadi və Sosial Araşdırmalar Yardım" İB-nin sədri, iqtisadçı ekspert Eyyub Kərimov, hazırda ölkədə 1 milyon 114.2 min pensiyaçının olduğunu və onların 62,6 faizinin yaşa görə pensiya aldığını bildirib:
"Bu da 700 min insanı əhatə edir. Bu ilin 3 ayında büdcədə 2.5 milyard manat əlavə vəsait yaranıb və cari ilin sonuna qədər daha da arta bilər. Bu baxımdan da, əlavə vəsaitin sosial xərclərə yönəldilməsi mümkündür".
Onun sözlərinə görə, cari ildə DSMF-nin büdcəsində qalan əlavə vəsaitin də müxtəlif investisiya layihələrinə yönəldilməsi və gəlir əldə edilməsi nəzərdə tutulur:
"Bu da Fondun büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsinə səbəb olacaq və bununla da pensiyaların artımı üçün iqtisadi zəmin yaranır. Əgər bu zəmin əldə edilərsə,700 min insanın pensiyasının artmasına təsir edəcək. Lakin hazırda davam edən bahalaşma və inflyasiya səbəbindən 35 manatlıq artım insanların rifahına elə də böyük təsir etməyəcək. Fikrimcə, belə bir artım ilin sonuna qədər həyata keçirilə bilər".
"Pensiyanın 500 manatdan artıq olacağını gözləmək olar"
Digər iqtisadçı ekspert Xalid Kərimli isə Bizim.Media-ya açıqlamasında, məsələyə fərqli istiqamətdən yanaşıb.
Bu məsələdə nüansların olduğunu söyləyən ekspert bildirib ki, pensiya qanunvericiliyinə görə, hər il yanvarın 1-də orta aylıq əmək haqqının orta faizinə baxılır:
"Məsələn, ölkədə muzdla işləyənlərin sayına, onların orta aylıq əmək haqlarına və ildə neçə dəfə artması nəzərdən keçirilir. Bu rəqəmlər götürülür və pensiyanın indeksiyasiyası həyata keçirilir.
Aprel ayının statistikasına nəzər salsaq, bu ilin 4 ayı ərzində ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqları 11,4 faiz artıb. Əgər 445 manatın üzərinə 11,4 faizi gəlsək, təxminən 520 manata yaxın pensiya məbləği əldə ediləcək. Pensiya artımı bir də 2024-cü iln yanvarın 1-də baş tutacaq. Buna görə də orta aylıq əmək haqqının cari ilin sonun qədər 10-15 manat arasında artacağını gözləyirik.
Hətta buna əsasən, pensiya qanunvericiliyində nəzərdə tutulmuş indeksasiya əsasında pensiya məbləğinin ortalama 500 manatdan artıq olacağını gözləmək olar".
Bizim.media
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrAzərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu
15 sentyabrAzərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir
8 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrAzərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista
7 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrAzərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrBrent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü
İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare
3 sentyabr