Bu il maaşlar 1,4 faiz ARTACAQ – RƏSMİ

Bu il maaşlar 1,4 faiz ARTACAQ – RƏSMİ"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanun layihəsinə dair izahatda, 2023-cü ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının 897,9 manat səviyyəsində olacağı nəzərdə tutulub.

Bu barədə "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" AR-nın Qanununda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə Hesablama Palatasının rəyində əks olunub.

Hesabatda qeyd olunur ki, bu göstərici eyni zamanda 2023-cü ilə dair məcburi dövlət sosial sığorta gəlirləri üzrə proqnozun formalaşmasında iştirak etmiş əsas elementlərdən biridir.

Statistik məlumatlara əsasən, cari ilin ilk iki ayı üzrə orta aylıq əmək haqqının artım tempi 1,8% olub. Bu göstərici ilin əvvəlinə mövcud olmuş əmək haqqı məbləği ilə ilin sonuna proqnozlaşdırılan (897,9 manat ) əmək haqqı məbləği arasındakı fərqin 25,8%-ni təşkil edir.

Aydın olur ki bu göstərici ilin sonuna orta aylıq əmək haqqının proqnozlaşdırılan həddən yüksək olacağını ehtimal etməyə imkan verir.

"AR-nın 2023-cü il dövlət büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" Qanun layihəsinə dair izahatda, cari ilin sonuna orta aylıq əmək haqqının 910,8 manat həddində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəricisindən 12,9 manat (1,4%) çoxdur.

Qeyd edək ki, orta aylıq əmək haqqı üzrə göstəricilərin formalaşmasında üstün mövqeyə malik olan subyekt muzdla çalışan şəxslərdir. Bu şəxslər üzrə formalaşan gəlirlərin əsas hissəsinin məcburi dövlət sosial sığortası ilə də əhatə olunması, orta aylıq əmək haqqı üzrə artımların, eyni zamanda DSMF-nin sosial sığorta gəlirlərinin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəyini ifadə edir.

Lakin cari ilin mart ayının əvvəlində orta aylıq əmək haqqının ilin əvvəlinə mövcud olmuş əmək haqqı ilə ilkin halda ilin sonuna nəzərdə tutulmuş proqnoz göstəricisinin fərqinin 25,8%-ni təşkil etməsinə, habelə cari ilin yanvar – may aylarında ölkə iqtisadiyyatında baş vermiş dinamik vənəzərəçarpacaq müsbət meyllərin nəticəsi kimi ilin sonuna orta aylıq əmək haqqının 910,8 manat həddində gözlənilməsinə baxmayaraq, Fond tərəfindən layihədə sosial sığorta gəlirlərində artımlara dair dəyişiklik nəzərdə tutulmayıb.

Bizim.Media


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3545   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə

10 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr