Məhərrəm İbrahimovun şəhidlik yolu - baba və nəvənin oxşar həyat hekayəsi

Məhərrəm İbrahimovun şəhidlik yolu - baba və nəvənin oxşar həyat hekayəsiBu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun şəhidlik zirvəsinə ucaldığı gündən 2 il ötür.

Bu gün həm də onun adını daşıdığı babasının İkinci Dünya Müharibəsində qəhrəmancasına həlak olmasından 80 il ötür.

Əlbəttə, Məhərrəm İbrahimovun şərəfli, rəşadətli və faciəli ömür yolu özünün adını daşıdığı nəvəsi - şəhid jurnalist adına yazıldı. Hər ikisi 39 yaşında Vətən yolunda haqq dünyasına qovuşdular. Bu, tale acı olsa da, İbrahimovlar ailəsi üçün qürurlu və şərəflidir.

Bu yol bizə Vətəni necə sevməyi, dövlət və dövlətçilik yolunda fəal çalışmağı, vəzifə borcunu ləyaqətlə yerinə yetirməyi, torpaq, Vətən uğrunda necə mübarizə aparmağı və qəhrəmancasına ölməyi öyrədib.

Mayın 9-da II Dünya müharibəsinin başa çatmasının 78-ci ildönümü qeyd olundu. Əlbəttə, vaxtilə bu ailə həmin hadisəni sevincli və müəyyən qədər də kədərli keçirərdi. Sevincli ona görə ki, qələbədə Məhərrəm Vəliyevin də payı var idi. Kədərli ona görə ki, İkinci Dünya Müharibəsində onun "qara kağızı" gəlmişdi.

Məhərrəm Vəliyev 1905-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ardanış kəndində (Ermənistan SSR, Krasnoselskiy rayon, Ardanış kəndi) doğulub.

O, cəbhəyə gedərkən böyük qızı Çiçəyin 6 yaşı (1935-ci il təvəllüdlü), böyük oğlu Əlinin 4 yaşı (1937), kiçik oğlu Vəli isə (1941) dünyaya təzəcə göz açıbmış, heç 40 günlüyü çıxmayıbmış. Məhərrəm Vəliyevin həyat yoldaşı Pəri Sadıq qızı Vəliyeva üç azyaşlı övladını çox çətinliklə, sarsılmadan, ac-susuz qoymadan, zəhmətkeşliyi sayəsində böyüdüb. Həyat yoldaşı müharibədə olarkən - 1943-cü ildə qadına "qara kağızı" gəlib.

Həm həyat yoldaşını, həm də 3 övladını itirən hələ sağlığında Pəri Sadıq qızı Vəliyeva 2006-cı ildə 96 yaşında Bakı şəhərində haqq dünyasına qovuşaraq ailəsinin mərd qadın hekayəsinə birdəfəlik son qoyub.

Məhərrəm Vəliyevin "qara kağızı"nı onun ölüm tarixindən 75 il sonra, 2018-ci ildə axtarılır. Sənəd Rusiya Müdafiə Nazirliyinin arxivində tapılıb: "Vəliyev Məhərrəm İbrahim oğlu 1943-cü ildə sentyabrın 2-də Ukraynanın Xarkov şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub".

Amma kaş bu məlumat onun üç övladı sağ olarkən tapılaydı, onlar sevinərdilər, heç olmasa gedib atalarının qəbrini ziyarət edəydilər. Bu, qismət olmadı və oğulları Əli İbrahimov 2000-ci ildə 63 yaşında, Vəli Vəliyev 1992-ci ildə 51 yaşında, qızı Çiçək Vəliyeva 2005-ci ildə 70 yaşında dünyadan köçdülər.

Məhərrəm İbrahimov adını daşıdığı babası haqqında bu məlumatı eşidəndə çox sevinmişdi və babasının məzarını ziyarət etməyi düşünürdü. Hardan biləydi ki, o da bu taleyi yaşayacaq, Vətən müharibəsinə cəlb olunan, döyüşlərdə iştirak edən, cəbhə xəttinə göndərilən və vəzifə öhdəliklərini yerinə yetirərkən şəhidlik zirvəsində yüksələn gizli qəhrəmanlardan olacaq.

Vətən müharibəsinin başladığı ilk günlərdən düşmənin hələ işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan və bu çətin missiyanı uğurla icra edən jurnalistlər təkcə qələmləri ilə deyil, həm də əllərində silah torpaqlarımızın müdafiəsinə qalxmışdılar.

Məhərrəm də növbəti dəfə xidməti vəzifəsini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuşdu. Təxminən, 10 gün olardı ailəsi ilə vidalaşıb getmişdi. Telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsindən bir neçə dəqiqə əvvəl həyat yoldaşı və bacısı ilə telefonla danışmışdı. Kim bilərdi ki, bu onun son səsi, son danışığı olacaq.

O dəhşətli partlayış 2021-ci il iyunun 4-də səhər saat 11 radələrində baş verdi və xəbər qısa müddətdə dünyaya yayıldı: "AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, AZTV telekanalının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev minaya düşərək şəhid olublar".

Bəli, bu da 39 illik ömrün dramatik sonu – özləri tikə-tikə, qələmləri və kameraları çilik-çilik oldu. Ataların dediyi kimi, onlar 40 ildə meydana gələn igidlərdən oldular. Vətən uğrunda qan, dostları uğrunda göz yaşı, ailələri uğrunda tər tökdülər!

Bununla da işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Xocavənd, Ağdam, Qubadlı rayonlarını kənd-kənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev lentə alıb erməni quldurlarının törətdiyi vandallığı tarixin yaddaşına çevirənlər faciəli "Həyat hekayə"si ilə yaddaşlarda qaldılar.

Yeriniz cənnət, ruhunuz şad olsun, əziz şəhidlər!

Report.az


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1767   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart 2024
.

PUA hücumundan sonra Rusiya Müdafiə Nazirliyinin obyektində yanğına görə 600-dən çox insan təxliyə olunub

Leninqrad vilayətində, Kronştadt yaxınlığındakı Bolşaya İjorada yerləşən Rusiya Müdafiə Nazirliyinin obyektində baş verən yanğın səbəbindən ərazidən 600-dən çox insan təxliyə edilib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Drozdenko bildirib. "Pilotsu

7 iyun
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29 sentyabr
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb

İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd

17 mart 2024
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel 2024
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart 2024