Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyəti

Ermənistanın Ordumuza qarşı təxribatlarının əsl niyyətiBir neçə gündür ki, Azərbaycan Ordusunun Ermənistanla sərhədboyu mövqeləri intensiv atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyi təkcə bu gün üç dəfə rəsmi məlumat yayaraq Ermənistan silahlı qüvvələri tərəfindən ordumuzun Kəlbəcər, Laçın və Gədəbəy istiqamətlərində yerləşən mövqelərinin intensiv atəşə tutulduğunu bəyan edib. Əlbəttə, Azərbaycan əsgəri hər dəfəsində düşmənin layiqli cavabını verərək onu yerində oturmağa məcbur edir, hətta qarşı tərəf hər dəfəsində itkilər verərək geri çəkilir. Bəs, belə olduğu, yaxud belə olacağını bildikləri təqdirdə Ermənistanın hərbi-siyasi rəhbərliyi niyə özünü oda atır? Halbuki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cari il mayın 19-da Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla görüşündə eskalasiyanın qarşısının alınmasının və güc tətbiqindən çəkinməyin vacibliyini qeyd etmişdi...

Belə nəticə çıxır ki, Ermənistan masada sağ, əməldə sol göstərir. Başqa sözlə, siyasi müstəvidə özünü məsum göstərməyə çalışan Ermənistan realda öz çirkin niyyətindən əl çəkə və ya çəkdirilə bilmir. Çünki bu ölkə tarixən Rusiyanın forpostu olmaq azmış kimi, indi də İran və Fransanın əlində oyuncağa çevrilib. Bir-birinə zidd, biri-birinə yad, hətta biri-birinə nifrət bəsləyən bu dövlətlər nə "sirdirsə" özlərini bu məğlub dövlətin himayəçisi hesab edirlər.

Son günlərdə regionda baş verən siyasi proseslərin fonunda Azərbaycan Ordusunun mövqelərinin intensiv şəkildə atəşə tutulması onu göstərir ki, işin içində bu "himayəçi" üçlüyün (İran, Fransa, Rusiya) barmaqları yox, qolları var. Barmağın işə yaramadığını uzun illərdir sınaqdan çıxarıblar, odur ki, artıq qollar çırmalanıb. Ermənistan isə yenə də hərzamankı səhvlərini edir. Anlamır ki, bu gün özünü "himayəçi" kimi göstərən bu dövlətlər, əslində, öz siyasi və regional maraqlı uğrunda ondan maşa kimi istifadə edirlər. Ermənistanın sıravi insanı bütün bunları görür və anlayır, bu səbəbdəndir ki, ölkədaxili milli narazılıq özünün pik həddinə çatmaqdadır. Erməni əhali hələ 2-ci Qarabağ savaşındakı məğlubiyyətdən sonra bunu anlamışdı.

Di gəl, ölkənin daxilində, siyasi-hərbi qüvvələrin arasında olan ünsürlər buna mane olmaqda davam edirlər. Bu amildən yararlanan "himayəçi" üçlük isə əlbəttə ki, Ermənistanı istədiyi səmtə yönəldə bilir.

Bu arada, Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması da həm Ermənistan, həm də havadarları tərəfindən həzm edilmir. Bilirsiniz ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələr daşınırdı. Məhz bunların qarşısının alınması məqsədilə, eləcə də Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Bu məntəqə sayəsində artıq Laçın yolundan keçmək istəyən hər kəs, eləcə də nəqliyyat vasitələri yoxlanılır. Belə olduqda, əlbəttə ki, Qarabağda qalan silahlı tör-töküntülərlə bağlı niyyət puça çıxmış olur.

Ona görə Ermənistan və havadarları hər gün Azərbaycana qarşı qarayaxma kampaniyalarını davam etdirirlər. Guya Azərbaycan "Laçın" sərhəd nəzarət buraxılış məntəqəsi qurmaqla yolu bağlayıb, bölgədə humanitar problemlər meydana gəlib, Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətində çətinliklər yaranıb və s. Hətta bunu "etnik təmizləmə siyasətinin" tərkib hissəsi kimi qələmə verənlər də var. Əslində isə sözügedən keçid məntəqəsindən həm erməni sakinlər, həm Beynəlxalq Qızıl Xaç Komitəsi, həm də Rusiya sülhməramlı kontingenti şəffaf və nizamlı qaydada hər iki istiqamətdə keçid edə bilirlər.

Əminliklə demək olar ki, reallıqları saxtalaşdırmaq cəhdi Ermənistanda dövlət siyasətinin genetikasına hopub. Bəzi məqamlarda bu taktikanın işə yaraması isə zaman-zaman onları daha ciddi təxribatlar törətməyə sövq edir. Bu gün Azərbaycanın sülh təklifini geri çevirən Ermənistan anlamalıdır ki, onun taleyini nə Rusiya, nə İran, nə də ki, Fransa düşünür. Belə olmasaydı, Azərbaycan-Ermənistan normallaşma prosesində Moskva formatını Paris, Brüssel formatını Moskva, Vaşinqton formatını isə yenə Moskva və Tehranın əli ilə Ermənistan özü pozmazdı. Odur ki, bu gün sərhəddə Azərbaycan Ordusunun mövqelərinin durmadan atəşə tutulması fakoru həm də 26-27 iyunda Vaşinqtonda keçirilməsi nəzərdə tutulan sülh danışıqlarını yenidən pozmaq cəhdidir.

Report.az


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1553   Tarix: 17 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart 2024
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel 2024
.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər

15 avqust 2024
.

İran İsraili ballistik raketlərlə VURMAĞA BAŞLADI - GƏRGİNLİK PİK HƏDDƏ

İran İsrailə ballistik raketlər atıb. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir. Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənu

14 aprel 2024
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart 2024
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart 2024
.

İsrail yalnız bir şərtlə Qəzzada əməliyyatı dayandıracaq

"İsrail Qəzzada hərbi əməliyyatlar müəyyən olunmuş məqsədlərə çatana qədər daimi atəşkəs təklifləri ilə razılaşmayacaq". Bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, İsrail Qəzzada müharibənin dayandırılması ilə bağlı şərtlərini dəyişmə

1 iyun 2024
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel 2024
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel 2024