İşdən çıxarılan xanəndə: "Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi"
"Mən neyniyə bilərəm ki? Arxam yox, dayağım yox. Söz verdilər, amma heç biri vədə əməl etmədi. Gedib bu yaşımda onlarla dalaşası deyiləm ki. Nə edim? Bezdim, yoruldum".
Bunu "Qaynarinfo"ya açıqlamasında xanəndə Sabir Abdullayev müəllimlik fəaliyyətinə son verilməsi ilə bağlı qərara aydınlıq gətirərkən deyib.
66 yaşlı xanəndə ona qarşı haqsızlıqlar oldunduğunu bildirib:
"Böyük bir "ordu" yetişdirmişəm. Hara getsəm də, həmin "ordu" arxamdadır. Əsas odur ki, mən öz məktəbimi yaratdım. Tələbələrim arasında Xalq artisti, Prezident təqaüdçüsü olanlar çoxdur. Dərs dediyim ifaçıların yaradıcılığında bütün dünyasını dəyişən xanəndələrin sənəti, nəfəsi var, onlar nəsildən-nəsilə yaşayacaq. Əslində mən öz işimi gördüm. Mənə qarşı münasibət yaxşı olmadı, Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi. Niyə? Bax bunun səbəbini bilmirəm".
Sabir Abdullayev bundan sonra yaradıcılıqla məşğul olacağını qeyd edib:
"Nə bacarsam, onu da edəcəm. Oxuyacam, muğamlar yazdıracam ki, məndən sonra qalsın. Bütün illərimi tələbələrə həsr etdim, ömrüm keçdi, özüm üçün heç nə edə bilmədim. Bu da sonu... Qədrimi bilmədilər. Qərar verilib, bunu kimin qəbul etdiyini bilmirəm, amma bu qərarın yaradıcı insanlara şamil olunmaması lazımdır".
Sabir Abdullayev özünü Azərbaycanda iki ən yaxşı müəllimdən birincisi hesab etdiyini vurğulayıb:
"İstəsəydilər, məni işdən çıxartmazdılar. Qanundankənar nə etmişəm? Əsəbləşirəm, bilmirəm dərdimi kimə deyim".
Qeyd edək ki, Sabir Abdullayev Bakı 11 saylı musiqi məktəbində muəllim işləyirdi. Onun müəllimlik fəaliyyətinə xitam verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabr2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı
Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin
2 iyulAlim Qasımov istirahətə niyə getmir? - "Harada bir yer tapsam..."
Avqust ayı olsa da, Xalq artisti Alim Qasımov istirahətə getməyib. Xanəndə Qaynarinfo-ya açıqlamasında hələ Bakıda olduğunu bildirib:. "Hələ istirahətə getməmişəm, Bakıdayam. Nə istirahət? Harada bir yer tapsam, orada daldalanıram. Mənim üçün istirahət elə budur"
5 avqustMənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun
26 avqust"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustPikassonun tablosu 1,7 milyon dollara satıldı
İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo
26 iyun"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto
Xalq artisti Mənsum İbrahimovun doğum günüdür. Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib. İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:. "Deyirlər ki, oğul ailənin düşmə
1 oktyabrCeki Çan Bakıdakı işini yekunlaşdırdı - FOTOLAR
"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Ölkə.az xəbər verir ki, bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı xarici film istehsalı layihəsidir. Xarici film istehsalçılarının ölkəyə cəlb olunması Azərbaycan Respublikasını
17 avqust