CinemaPlus-da bu həftənin ən çox gözlənilən filmləri-VİDEO

CinemaPlus-da bu həftənin ən çox gözlənilən filmləri-VİDEOİyulun 20-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində Böyük Britaniya və ABŞ-da istehsal olunan və dünyada ən çox gözlənilən 2 film
nümayiş olunacaq.
Real hadisələr əsasında çəkilən "Oppenheymer" bioqrafik filmi.
Bu hekayə II Dünya Müharibəsi illərində onun rəhbərliyi altında atom bombası
yaradılmış amerikalı fizikin həyatından bəhs edir.
Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində
çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların
yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu
ABŞ-da, sonra isə bütün dünyada "nüvə bombasının atası" adlandırılmağa
başladılar.
Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Bu, onun karyerasının ən
uzun və son 20 ildə R kimi qiymətləndirilən ilk filmdir (17 yaşdan aşağı
izləyicilərə valideyn müşaiyəti tələb olunur).
Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett
Deymon və başqaları da filmdə rol alıblar.
Filmin büdcəsi 100 milyon dollardır.
"CinemaPlus" kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis.

"Mattel" şitkətinin Barbi oyuncaqları seriyası əsasında "Barbi" komediya filmi.
Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan
Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu
və başqaları çəkilib.
Barbi gözəllik standartlarına uyğun olmadığı üçün "Barbieland"-dən qovulur.
Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada
mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.
Filmin büdcəsi 145 milyon dollardır.
"CinemaPlus" kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və
ingilis.
"CinemaPlus" kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş
sürprizlər etməyə həmişə hazırdır.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1837   Tarix: 19 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar

Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen

23 oktyabr
.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

Fəxrəddin Manafov və Nailə İslamzadə bir arada - Foto

Xalq artisti Fəxrəddin Manafov və Əməkdar artist Nailə İslamzadə bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyor və teleaparıcı birlikdə foto çəkdiriblər. Şəkli N. İslamzadə sosial şəbəkə hesabında paylaşıb

17 avqust
.

Məşhur serialın komandası Azərbaycan yeməklərini daddı - Video

Türiyənin məşhur "Mehmed: Fetihler Sultanı" serialının komandası Azərbaycan mətbəxinin yeməklərindən dadıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər serialın sosial şəbəkə hesablarında paylaşılıb. "Azərbaycanın zəngin kulinariya mədəniyyətindən qaynaqlanan dadl

17 noyabr
.

Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artistinin vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

28 oktyabr
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

7 sentyabr
.

Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər

2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin

29 oktyabr
.

Bu şeiri Azərbaycanda dillər əzbəridir - Bakıda adına meydan verilən Şevçenko kimdir?

Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun xatirəsi Bakıda növbəti dəfə əbədiləşdirilib. Ölkə.az-ın xəbərinə görə, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana Taras Şevçenkonu

18 avqust